Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi qeyd olunub

12 Baxış

1461226274-Z-r-ngiz-D-mirci-Qayal--web

Neftçala şəhəri, Mərkəzi Kitabxanasında Müəllimlər Günü münasibəti ilə AZƏRTAC-ın müxbiri, şairə Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi qeyd olundu.

Təşkilatçı kitabxananın metodika və biblioqrafiya şöbəsinin müdiri ,şairə Bədirə Niftəliyeva və kitabxanın direktoru Gülnarə Qasımova qonaqları və yubilyarı salamladıqdan sonra söz şagirdlərə verildi.Şagirdlərdən Miranə Babayeva,Əsgarzadə Şahnaz,Kərimova Fatimə,Salahova Cahan,Fərəcova Nurcan,Gözəlov Elvin,Bayramova Jalə,Əzizov Həmzə,Tarverdiyev Cavanşir,Xankişiyeva şairənin şeirlərini oxudular.Tədbirdə “Qafqaz-Media”İctimai Birliyinin sədri,şairə ,ictimai xadim Hacı Azadə-Taleh Abbasqızı Zərəngiz Dəmirçi Qayalı yaradıcılığına yüksək dəyər verərək onun Qarabağ mövzusuna həsr etdiyi əsərləri xüsusi qeyd etdi və Bədirə Həsənqızını” Ustad Qələm Sahibi” ,şagirdləri isə “Qiz Qalası” diplomu ilə təltif etdi.ADİU-nun(UNEC)baş müəllimi,alim Nailə Yusifova belə tədbirlərin genc neslin mariflənməsində çox mühüm rol oynadığını qeyd etdi,yeni yazdığı şerlərini oxudu.

Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət kollecinin rəsm müəllimi,rəssam Xanım Əhmədova öz əl işi olan “Nar fantaziyası”tablosunu yubilyara təqdim etdi ve ona yaradıcılıq uğurları arzuladı.
Rejissor-bəstəkar,İncəsənət Gimnaziyasının rejissor-müəllimi Elgün Seyidzadə mkəktəblə ictimaiyyətin qarşılıqlı fəaliyyətinin gələcək nəslin inkişafına böyük töhfə verdiyini söylədi.

Zərəngiz Dəmirçi Qayalı tədbirin iştirakçılarına minnətdarlığını bildirdi,kitablarını kitabxananın fonduna hədiyyə etdi.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

KÖŞƏ YAZARLARI
TOP 10