İyulun 9-u saat 14:00-da Kitabevim.az kitab merketində “Zərrələr” antologiyasının təqdimat mərasimi keçiriləcək.
Bu barədə Senet.az-a açıqlamasında layihənin rəhbəri Gülnarə İsrafilqızı məlumat verib.
Qeyd edək ki, “Zərrələr” antologiyasında müxtəlif bölgələrdə yaşayan ədəbi-bədii yaradıcılıqla məşğul olan yazarların əsərləri yer alıb.