Zakir Həsənov yazıçılarla görüşüb

10 Baxış

f18f9a60fddc45f08ecfe92e34a310fe

Bir qrup yazıçı müdafiə naziri Zakir Həsənovla görüşüb.

Senet.az saytının APA-dan əldə etdiyi xəbərə əsasən görüşdə birliyin sədri, xalq yazıçısı Anar, xalq şairləri Sabir Rüstəmxanlı və Nəriman Həsənzadə, xalq yazıçısı Mövlud Süleymanlı, birliyin gənclər üzrə katibi Rəşad Məcid, mətbuat xidmətinin rəhbəri Xəyal Rza və başqaları iştirak edib.

Görüşdə yazıçıların hərbi hissələrdə görüşlərinin keçirilməsi, cəmiyyətdə hərbi-vətənpərvərlik hisslərinin yüksəldilməsi və s. məsələlər müzakirə olunub.

Nazir əsgərlərdə hərbi-vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi üçün ədəbiyyat xadimlərinin təbliğatının böyük rol oynadığını diqqətə çatdırıb.

Bölmə : OxucuKlubu