“Zamanla üz-üzə” Beynəlxalq Musiqi Layihəsi keçiriləcək

2 Baxış

zamanla üz-üzə

 2016-2017-ci il konsert mövsümündə Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Zamanla üz-üzə” Beynəlxalq layihəsinin keçirilməsi planlaşdırılıb. Layihənin bədii rəhbəri – Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevdir. Layihədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, dirijorlar Rauf Abdullayev, Fuad İbrahimov və solistlər iştirak edəcəklər. Layihəni səciyyələndirən önəmli məqam – bir çox müasir musiqi əsərlərinin Bakıda ilk dəfə ifa olunmasıdır.

2016-cı ilin 2 və 4 mart, 13 və 15 aprel tarixində Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Zamanla üz-üzə” Beynəlxalq layihəsi çərçivəsində konsertlərin keçirilməsi planlaşdırılır.