Zamin Qafarov. Sarmatların etnik antropologiyası

145 Baxış

sarmatTarixdə dərin iz buraxmış, Asiyadan Avropaya qədər geniş ərazilərə köç etmiş və adı müxtəlif tarixi mənbələrdə, qaynaqlarda çəkilən etnoslar sırasında iskit-saklardan başqa sarmat tayfalarının da adını qeyd etmək lazımdır. Sarmat tayfalarının geniş ərazilərə yürüş və köçlər etdiyini nəzərə alsaq onların vahid antropoloji tipə malik olduğunu söyləmək və bunu ciddi şəkildə müdafiə etmək məntiqsizlik olardı. İskitlərlə bağlı verdiyim məlumatlardan fərqli olaraq sarmat tayfalarının antropologiyası mövcud əraziyə görə dəyişir. Bu dəyişkənlik ciddi şəkildə olmasada analizlər zamanı özünü biruzə verir. Adı çəkilən tayfaların antropologiyası haqqında məlumat vermək üçün müasir Rusiyanın cənub-şərq zonasında və Macarıstan ərazisində tapılmış kranioloji ( kəllə sümükləri ) və somatoloji ( bədənin ayrı-ayrı hissələrinin sümklərini ) tapıntıları müqayisəli şəkildə analiz etmək və sonra nəticə çıxarmaq lazımdır. Bizim üçün isə maraqlı olan indiki Rusiya və Qafqazda məskunlaşmış sarmatların morfologiyasıdır. Çünki bu ərazilərdə yaşamış sarmatların Azərbaycan ərazisində yaşayan tayfalara təsiri olmuş, qarşılıqlı nikah münasibətlərində olmuşlar

Rusiya ərazisində sarmatlara məxsus antropoloji materiallar Orenburq vilayətinin Kardiolovo və Qara – 2 ( Çernaya – 2 ) adlanan məzarlıqlarından aşkar edilmişdir. Aşkar olunan kəllələr e.ə IV – III əsrlərə aid olmuşdur. Kəllə struktunun analizi göstərir ki, Orenburq vilayətinin sarmat əhalisi əsasən avropoid olmuş, qismən monqoloid qarışığı da nəzərə çarpmışdır. Maraqlı burasındadır ki, demək olar bütün kəllərin hər birində monqoloid göstəriciləri var. Rus-sovet antropoloqlarının bəziləri bu tipdəki iki fərqli göstəricinin mövcud olması kimi ekzoqamiyanı, digər qismi isə sarmatların bu iki tipin qarışmasından törəməsini müdafiə edirdilər. İkinci fikrin müdafiəçilərinin nəzərincə hind-avropa kökənli tayfaların Asiyanın mərkəzlərinə doğru nə vaxtsa meyl etməsi, daha sonra monqoloid əhali tərəfindən sıxışdırlaraq geri qaytarılması və onları özlərindən asılı hala salaraq qarışması nəticəsində e.ə V əsrin sonunda sarmatlar meydana çıxmışlar. Bu fikri müdafiə edənlərin yalnışlığı Qərbi Sibirdə eyni analoji tipə sarqat mədəniyyətinin yaradıcıları arasında da rast gəlinməsi ilə özünü göstərdi. Çünki müasir Sibirin əhalisi ağ irqin sarı irqə keçidi ərəfəsində yaranmışdır. Deməli sarmatlarda ya sarqatlarla qohum xalq olmuş ya da ilkin vətənləri Qərbi Sibir olmuşdur. Harvard univeristetinin antropologiya üzrə professoru Stivin Kun isə “Avropanın irqləri”  kitabında iskitlərdən danışarkən, sarmatların iskitlərlə qohum ola biləcəyini qeyd edir. Həmçinin o yazır ki: “sarmatlarla Asiyanın monqoloid əhalisi arasında genetik bağlılıq axtarmaq doğru deyil”

Kəllə qutularının tapılması sovet arxeoloqu Lyudmila Koryakovanın adı ilə bağlıdır. O, Orenburq vilayətində iskit-hun dövrü ilə bağlı apardığı araşdırma nəticəsində təsadüfən sarmatlara məxsus tapıntılar əldə etmişdir. Koryakova kəllə qutuları ilə birlikdə müxtəlif əzaların və ümumilikdə bədənin skletini də aşkar etmiş, lakin bu sümüklər gil topraqla reaksiya girmiş və bərkimişdir. Tədqiqat üçün yararsız idi. Aşkar olunan kəllə qutularından 4-ü kişi, 3 isə qadın olmaqla 10 kəllədən 7-si tədqiqata cəlb edilmişdir. Xronoloji baxımdan əldə olunan kəllərdən birinin yaşı mədəni abidələrə və əraziyə uyğun gəlmirdi. Buna görə də 6 kəllə qutusu analizə verilmişdir.

Kardiolovada aşkar olunan sümüklər Qara – 2 ( Çernaya – 2 ) arxeoloji kompleksində aşkar olunmuş kəllərdən cüzi fərqlənirdi. Kardiolovada aşkar olunan qadın kəllələrinin hündürlüyü və sifətlərinin uzunluğu Qara- 2 qadınlarından fərqlidir. Rus antropoloq T.A.Çikişeva 2000-ci ildə Avrasiyanın arxeologiyası, etnoqrasiyası və antropologiyası jurnalında dərc olunan Hunlarla bağlı məqaləsində bu tip antropoloji göstəricilərin mövcud olması kimi demoqrafik vəziyyəti və ailə- nikah münasibətlərini göstərir. Onun fikrincə tayfada kişilərin üstünlük təşkil etməsi nəticəsində kənardan gəlin gətirmə çoxalır. Nəticədə qadınlarda fərqli antropoloji cizgilər daim ön planda olur. Bu fikrin nə dərəcədə reallığı əks etdirməsi bir qədər şüphə doğurur

Araşdırılan sarmat kəllərində braxikefal baş quruluşu üstünlük təşkil edir. Lakin bu baş quruluşu süni deformasiya nəticəsində yaradılmışdır. Hunlarda olduğu kimi qismən sarmatlarda da başın formasını süni şəkildə dəyişmək adətə çevrilmişdi. Deformasiya olunmuş kəllələrin sarmat və ya sonrakı dövrdə hun adlandırılmasındakı dövr fərqi, böyük ehtimal hunların daha çox monqoloidlik xüsusiyyətlərinə malik olmalarıdır. Yəni tapılan kəllə qutusundakı burunun enliliyi və sifətin yastılaşması daha çox hunlara aid idi. Sarmatlarda sifət və burun daha çox çıxıntılı olmuş, iskitlərdə olduğu kimi daha çox Ağ irqin nümayəndəsi olmuşlar.

Picture1Tarixi mənbələrdə hunların və ya sarmatların görünüşü haqqında subyektiv müəllif fikirləri vardır. Mövzu sarmatlar olduğu üçün antik mənbələrdən bir qeydi nəzərinizə çatdıracam : “Heyvan dəriləri və enli şalvarlarla onlar özlərini soyuqdan qoruyurlar. Onların dəhşətli üzləri tüklə örtülmüşdür”. İxtisası qeyri-tarixçi olan və ya əsl tarixçi insanlar “dəhşətli üzlər” ifadəsindən yola çıxaraq sarmatları monqoloid adlandırır və bunu da əsas gətirərək sarmatların iran kökənli bir tayfa olmadığını sübut etdiklərini düşünürlər. İlk öncə qeyd etmək lazımdır ki, ümumiyyətlə şalvar geyinmək o dövr üçün türklərə məxsus idi. Sözsüz sarmatların türk olub və ya olmadığı müzakirə mövzusu deyil. Məqalənin mahiyyəti sarmatların xarici görünüşü ilə ortaya çıxan etnik kökləri ilə bağlıdır. “Dəhşətli üzlər”-dən sonra işlənən “tüklə örtülmüşdür” ifadəsi sarmatların əslində monqoloid irqi ilə qarışacağının olmadığını göstərir. Çünki üzdə tüklərin inkişafı monqloiddə zəif və çox zəifdir. 5 ballıq qiymətləndirməyə görə monqollar 4 və daha çox 5-ci yerdədirlər. Sarmatlarda isə bığ və saqqalın inkişafı güclü və çox güclüdür. Bığ və saqqalın inkişafı oxuyucularda “irani” bir təsəvvür yaratmasın. Çünki antropoloq Stivin Kun farsları irano-əfqan tipinə aid edir ( eyni zamanda başqa antropoloqlarda ). Skiflər haqqında öz kitabında məlumat verən Stivin Kun sarmatlarada toxunaraq onların bəyaz dərili, bığlı və saqqalı, düz və qismən enli burunlu, tünd qəhvəyi saçları, açıq-qəhvəyi və açıq rəngli gözləri olan bir toplum kimi göstərir. İran-Əfqan tipi isə qaraşın və tünd rəngli dərisinə görə sarmatlardan çox fərqlənir. Sarmatların iran kökənli xalq olmadığını sübut etmək üçün onları monqoloid irqinə bağlamaq lazım deyil. Əgər elədirsə, Türk tarixi hunlardan başlamalıdır. Buda kökündən yalnışdır. “Türklər kimdir və kimlərdən ibarətdir” adlı məqaləmin 1, 2, 3 və 4-cü hissələrində də bu barədə məlumat vermişəm.

Sarmatların etnik antropologiyası bizə imkan verirki , onların etnik kökləri haqqında da təsəvvürə malik olaq. İrano-əfqan tipi ilə sarmatların əlaqəsinin ümumiyyətlə olmaması onların burun quruluşlarında da izlənilir Sarmatlarda burun quruluşu irano-əfqan tipindən fərqli olaraq düzdür. Yəni burunun uc hissəsi sifətlə 90 dərəcəlik bir bucaq əmələ gətirir. İrano – əfqan tipində burunun özü enli olmasada uc hissəsi iri və nisbətən əyri formadadır.

Kəllə qutusu və burunun ümumi analizi sarmatların avropoid olduğunu göstərir. Avropoid – Ağ irq geniş anlayışdır. Stivin Kunda daxil olmaqla digər Avropa antropoloqları Sarmatları Pamir-Fərqanə tipinə, Rus-sovet antropoloqlarının bir qismi Balkan-Qafqaz tipinin az piqmentli versiyasına, Macar antropoloqlar isə Aralıq dənizi irqinin braxikefal və deformasiyalı baş quruluşu olan ayrıca bir bölməyə aid edirlər. Ümumilikdə görünür ki Antropoloqlar onları Qafqaz və ona yaxın Rus çöllərində yaşayan əhalinin antropoloji tipi ilə uyğunlaşdırırlar. Daha çox Xəzərin bu tayından başlayaraq, şimala və o biri tayına qədər yaşayan xaqların etnogenezində önəmli rolu olduğunu antropoloqların onları bu ərazilərdə yaşayan xalqların aid olduğu antropoloji tipə aid etməsində özünü göstərir. Lakin kəllə qutularında olmasada üz sümüklərində yəni viseral kəllədə monqoloid cizgiləri diqqəti çəkir. Kişilərdə monqoloid göstəriciləri üz sümüklərində 60 % olduğu halda qadınlarda nisbətən daha çox idi. Hun-sarmat dövrünün ən yaxşı tədqiqatçıları sırasında adı çəkilən İ.V.Boqdanov yazır ki: sarmatlardan fərqli olaraq hunların üz sümükləri monqoloidliyi daha çox mənimsəmiş, üz yastılaşmış və enliləşmişdir. Buradan da görünür ki, sarmatlarda üz sümüklərinin çıxıntısı monqoloidlik xüsusiyyətinə malik olmuş lakin sifətin ümumi görünüşü isə Avropoid xarakteri daşımışdır. Yəni sifət yastı olmamış, ensiz olmuşdur.

Sarmatlar da boyun uzunluğu orta bəzəndə ortadan uzun , çiyinləri arasındakı məsafə qərbə köç edən hunlarda olduğu kimi geniş olmuşdur. Bu da çox zaman onların orta boylu görünməsinə səbəb olurdu. Döyüş qabiliyyəti yüksək olan hər toplumda olduğu kimi atla daha çox hücum edən sarmatların qolları uzun və iri sümüklü olmuş və bununlada digər toplumlardan fərqlənmişlər.

foto-117Mənbələr sarmatların etnik kökləri haqqında iki fikri əsas tutur : iran kökənli və türk kökənli. İran kökənli olması fikri tamamilə yalnışdır. Bu tayfanın Xəzərin o biri tayına keçən qismi belə sonrakı dövrlərdə geriyə Rus çöllərinə qayıtmışlar. Bu fikri miqrasiyalar üzrə mütəxəssis Kozintsev müdafiə edir və arxeoloji tapıntılarla bunu sübut edir. Bu da onu göstərir ki, sarmatlar nəinki iran kökənli ümumiyyətlə onların Xəzərin cənubuna doğru belə hərəkət etməyiblər. Birinci fikri inkar etmək ikinci fikri qəbul etmək demək deyil. Sarmatların türk kökənli olmasını mənbələrdən savayı antropoloji analizlərdə sübut etsədə anlaşılmayan bir nünas var. Sarmatlar haradan gəlmişdir və soy kökündə kimlər dayanır ? Bu suala tarixşünaslıqdan fərqli olaraq antropologiya belə cavab verir: Sarmatların baş quruluşu onların prototürklərlə əlaqəsi olmadığını göstərir. Buradan belə nəticə çıxır ki sarmatlar hunlarla eyni köklərə malik bir türk tayfası idi. Deformasiyalı baş bunu sübut edir. Lakin ikinci bir məsələdə daha var ki, bu da sarmatların bığ və saqqallarının inkişaf dərəcəsidir. Yuxarıda da qeyd etdiyim kimi bu tip tük inkişafını monqoloidlərdə görmək olmazdı həmçinin Tarixdə özünü qara hunlar kimi tanıdan türk toplumundada. Ağ hunların Asiya hunlarından fərqliliyi məlumdur. Sarmatların daha çox ağ hunlara bənzəməsi onların ağ hun ola biləcəyi və ağ hunların tərkibində olduğu ehtimalını artırır. Ümumilikdə isə ortaya belə bir nəticə çıxır: Sarmatların türk olduğunu qəbul edənlər üçün qeyd edim ki, sarmatlar “kuti, lullubi – iskit,sak,massaget – hun” sxemində iskitlərdən hunlara keçid dövrünü nümayiş etdirir yəni iskitlərdən fərqli olaraq sarmatların daha çox monqoloid olması, hunlardan isə daha az bu xüsusiyyətlərə malik olması sarmatların iskit-hun keçid dönəmindəki aralıq tip olduğunu göstərir. Sarmatların türk olmasını qəbul etməyən fərqli fikir sahibi olan tarixçi və həvəskarlar üçün qeyd edim ki: Sarmatlar sadəcə olaraq ayrıca Rus çöllərində yaşayan ağ irqə mənsub bir toplum idi.Sarmatların iran kökənli olması fikri ümumiyyətlə doğru deyil, sarmatlar türk olmasalar belə iran kökənli də deyillər. Bunu antropoloji faktlarla sübut etdim. Sarmatları daha çox dövrümüzün Qafqaz xalqlarından osetinlərin yaranmasında iştirak etmiş bir tayfa kimi göstərirlər.

Sarmatların soy kökü bağlı məsələ əslində burada həll olunmuşdur. Sadəcə fərqli fikirlərə malik insaların özlərinin nəticə çıxarması fikrimcə daha doğru olardı.

Mənbə:

Акимова М. С. Антропология населения лесостепи Западной Сибири в эпоху раннего железа.Памятники Южного Приуралья и Западной Сибири сарматского времени. М.: Наука, 1972. С. 150–159.

Багашев А. Н. Материалы по краниологии населения гороховской культуры.Тюменский исторический сборник. Тюмень: Тюменск. ун-т, ИПОС СО РАН, 1996. С. 20–28.

Богданова В.И., Родзюн А.Б. Палеоантропологические материалы гунно-сарматского времени из Центральной Азии.Новые коллекции и исследования по антропологии и археологии. СПб.: Наука, 1991. С. 55–100 (СМАЭ; Т. 44).

Дремов В. А. Антропологические данные о древнем населении Обь-Иртышского междуречья (Усть-Тартасский могильник).Этнокультурная история населения Западной Сибири. Томск: Томск. ун-т, 1978. С. 116–124.

Ефимова С. Г. Палеоантропология Поволжья и Приуралья. М.: Изд-во МГУ, 1991. 96 с.

Кондукторова Т. С. Физический тип людей Нижнего Приднепровья на рубеже нашей эры. М.: Наука, 1979. 128 с.

Фаттахов Р. М. Краниологическая характеристика материалов из могильника Старый Чекмак.Об исторических памятниках по долинам Камы и Белой. Казань: КФ АН СССР, 1981. С. 94–109.

Фирштейн Б. В. Сарматы Нижнего Поволжья в антропологическом освещении.Антропологические данные к вопросу о великом переселении народов: Авары и сарматы. Л.: Наука, 1970. С. 69–201.

Coon . S.C . The Races of Europe. New York .1939. 867 p.

 

Bölmə : Tarix
KÖŞƏ YAZARLARI
TOP 10