30 duel dəvəti və faciəvi son

63 Baxış

Məşhur rus şairi, rus ədəbi dilinin yaradıcısı hesab olunan  Aleksandr Puşkin 1837-ci ildə dueldə Dantes tərəfindən yaralandıqdan sonra, dünyasını dəyişmişdir.

Çoxları düşünür ki, bu Puşkinin ilk və son duelidir.

Puşkinşunasların araşdırmalardan sonra məlum olub ki, Dantesə qədər Puşkinin başqa-başqa tanınmış şəxslərlə 30-dan çox baş tutan və baş tutmayan duelləri olub. Bu duellərin bəziləri yaxın dostların vasitəçiliyi ilə təxirə salınmış, bəziləri dayandırılaraq barışıq elan edilmiş, bəziləri isə ümumiyyətlə ləğv edilmişdir.

Məşhur rus şairi və yazıçısı Puşkin Danteslə duelə çıxanadək aşağıda adı çəkilən şəxslərlə  düeldə olmuşdur: Hanniball, Kaverin, Rıleyev, Tolstoy, Kyuhelbeker, Korf, Deniseviç, Zubov, Orlov, Druqanov, Pototski, naməlum yunan, Degill, Starov, Lanov, Balş, Prunkul, Rutkovski, İnqlezi, Russo, Turgenev, Xvostov, Solomirski, naməlun şəxs, Repnin, Qalıtsın, Laqrene, Xlüstin, Soloqub və sonuncu Dantes.

1837-ci ilin yanvar ayının 27-də Puşkinlə Dantes arasında yaranan kəskin mübahisə və münaqişə onları duelə gətirib çıxarır və dueldə Dantes tərəfindən qarnından ölümcül yaralanan Puşkin 1837-ci il yanvar ayının 29-da dünyasını dəyişir.