Senet.az oxucularına tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hüseyn Bağıroğlunun şeirlərini təqdim edir.
Azərbaycan – Türkiyə
Düşmənlər gecə-gündüz
Min bir hiylə yapsa da.
Lap belə Sur çalınsa,
Lap qiyamət qopsa da
Qopmasın bir-birindən
Azərbaycan – Türkiyə.
Bir millət, iki dövlət
Deyən öyülsün gərək.
Bu birlik hər nəfəsdə,
Hər an duyulsun gərək.
Dost da, düşmən də görsün
Örnəkdir hər ölkəyə
Azərbaycan – Türkiyə.
Yeri gəlsə ömrü də
Tən yarıdan bölməli.
Bir yerdə ağlamalı
Bir yerdə də gülməli
Azərbaycan – Türkiyə
Bir əldə Misri qılınc,
Bir əldə Quran olsun.
Böyüsün gündən-günə
Əbədi Turan olsun
Azərbaycan – Türkiyə.
Ehey, Turan elləri
Oyanmaq zamanıdı.
Dağlar kimi yan-yana
Dayanmaq zamanıdı.
Necə ki, dayanıbdır
Azərbaycan – Türkiyə.
İlahi, özün qoru
Yerin-göyün şərindən.
Qəfildən Yer kürəsi
Qopsa da məhvərindən.
Qopmasın bir-birindən
Azərbaycan – Türkiyə.
Sən niyə beləsən
Ərliyin olmadı ər meydanında,
Min oyundan çıxdın şər meydanında,
Tülküsən dünyanın hər meydanında,
Sən niyə beləsən, belə, erməni.
Özünə ən qədim millət deyirsən,
Özün də bilirsən millət deyilsən.
Döydüm deyəcəksən min yol döyülsən,
Sən niyə beləsən,belə, erməni.
Dənizdən dənizə ölkən olmayıb,
O dayaz ağlını ölçən olmayıb,
Ay yazıq, sənin heç kölgən olmayıb,
Sən niyə beləsən,belə erməni.
Sən ki, əl qaldırdın müqəddəsliyə
Demək qol qoyarsan hər bir pisliyə
Nə deyim səndəki bu naqisliyə
Sən niyə beləsən, belə erməni.
Kimlər səni bizə düşmən sayıbdı?!
Sənə düşmən demək bizə ayıbdı.
Nəfsin şərəfini axtalayıbdı,
Sən niyə beləsən, belə, erməni.
Sənə insan desəm bəşər utanar,
Sənə Şeytan desəm o şər utanar.
Günahını saysam söhbət uzanar,
Sən niyə beləsən, belə, erməni.
Gözünü aç, tanı Azərbacanı,
Yerdə qalmaz onun bir damcı qanı.
Vurar bir-birinə bütün dünyanı,
Bil, yanıb dönərsən külə erməni,
Bir tikən də gəlməz ələ erməni.
Sən niyə beləsən, belə, erməni.