Qışın ortaları idi. Günəşin isti şəfəqləri iki gün əvvəl Bakıya yağan və hündürmərtəbəli binaların, həyət evlərinin dam örtüklərində, eləcə də yol kənarlarında sıralanan ağacların, avtomobillərin və daş hasarların üzərində yığılıb qalan lopa-lopa qarı yavaş-yavaş əridib suya döndərirdi.
Bazar günü gündüz saatları idi. Nərgiz yaşadığı və məkdəbində ədəbiyyat müəllimi olduğu Məhəmmədli qəsəbəsindəki evinin qonaq otağında oturub şagirdlərini yazı dəftərlərini yoxlayırdı. Birdən qapı döyüldü. Qapını açan Nərgiz qarşısında özünün də dərs dediyi 11-ci sinif şagirdi Fidanı gördü.
- Ooo, Fidan, xoş gəlmisən, qızım deyə o, qonağını mehribanlıqla qarşıladı.
- Salam, Nərgiz müəllimə, gəlmək olar? - Fidan çəkincək halda soruşdu.
- Bu nə sualdır, qızım, əlbəttə, olar - deyib Nərgiz qıza əlini uzatdı.
- Fidan qoltuq əsaları ilə içəri girdi. Fidanın sağ ayağı yox idi. Bunun üçün də o, qoltuq əsaları ilə gəzirdi. Onlar qonaq otağına girdilər.
Fidan bayaqkı sualını bir də təkrar etdi:
- Müəllimə, doğrudan, sizi narahat etmədim?
- Qızım, dedim axı, yox,- Nərgizin də cavabı eyni oldu. Sonra o, əli ilə qıza oturmağı üçün yer göstərib əlavə etdi,- onsuz da mən də, evdə təkəm, uşaqlar ataları ilə gəzməyə gedib.
- Nərgizim iki oğlan, vir qız olmaqla üç övladı var idi.
- Hə, de görüm necəsən? - Nərgiz masanın üstündəki dəftərləri yığışdıra-yğışdıra Fidanın əhvalı ilə maraqlandı.
- Şükür, müəllimə, yaxşıyam,- Fidan cavab verdi,- bəs siz?
- Mən də yaxşıyam, qızım, gördüyün kimi yazı dəftərlərinizi yoxlayırdım. İndi qurtardım -Nərgiz dedi.
- Müəllimə, sizdən bir məsələ barədə məsləhət almağa gəlmişəm. -Deyə Fidan gəlişinin səbəbini izah etmək istədi.
-Hə, lap yaxşı, amma əvvəlcə mən gedim bizə çay gətirim. - Deyərək mətbəxə gedən Nərgiz, tez də içində 2 fincan çay və şirniyyat olan podnosla geri qayıtdı. Sonra o, maraq dolu səslə fidandan soruşdu,- hə, söylə, görək nə məsələdir?
Fidan sakit tərzdə danışmağa başladı:
- Müəllimə, bilirsiniz ki, hər il olduğu kimi bu il də görkəmli yazıçımız Mircəlal paşaev adına hekayə müsabiqəsi keçirilir.
- Hə, qızım, bilirəm,- Nərgiz təsdiq üçün başını tərpətdi.
- Mən də özümü sınamaq üçün bu müsabiqədə iştirak eləmək istəyirəm. Bilmirəm, sizə demişdim, ya yox. Qismət olsa gələcəkdə yazar olmağı düşünürəm.
- Hə, demişdin, qızım.- Nərgiz mehriban səslə dedi,- mən də,sənə uğurlar diləmişdim. Yenə də diləyirəm. Müsabiqədə iştirak etməyinə qaldıqda isə, əlbəttə, niyə də olmasın.
- Allah razı olsun,- Fidan müəlliməsinə təşəkkür etdikdən sonra çantasından telefonunu çıxarıb ona uzatdı.- Mən bir hekayə yazmışam, buyurun, oxuyun, əgər bəyənsəniz, elə buradaca ədidin evi yaradıcılıq mərkəzinin gmail ünvanına göndərərik.
- Ora həm də Mircəlal paşaevin ev muzeyidir, qızım.- Deyib Nərgiz hekayəni ucadan oxmağa başladı: "məni ilk görənlər elədikləri hər nəqədər doğru olmasa da ,mənə "sənin niyə ayağın yoxdur? Nə vaxtdan qoltuq əsalarından istifadə edirsən?" kimi suallar verirlər. Mən də onlara bir kəlmə ilə "anadan gəlmədir" deyə cavab verirəm. Əslində isə həqiqət tamam başqadır. Sadəcə, mənim həqiqəti, yəni ayağımı itirməyimin səbəbi cavan yaşında narkotikin Qurbanı atamdır deməyə dilim gəlmir. Hə, yaxşısı budur, hər şeyi başdan nəql edim.
Atam sadə və zəhmətkeş bir ailədə dünyaya gəlir. Yoxsul olmaqlarına baxmayaraq, xoşbəxt və firavan yaşayan ailənin əsl qara günləri, atamın 13 yaşından etibarən özündən böyük, üstəlik də narkotik istifadəçisi olan uşaqlara qoşulması və təbii olaraq özünün də bu pis vərdişə öyrəşməsi ilə başlayır." Babamla nənəm bundan xəbər tutanda artıq iş işdən keçmiş olur. Həmin vaxtdan 25 yaşına, yəni yaşadığı müddətədək atam bütün cəhdlərə baxmayaraq, müalicə almaqdan imtina edərək 70 dəfə narkotiki atacağına söz vermiş, amma sözünü tuta bilməmişdi. Narkotikdən asılılığı atamı nəinki təhsil almağına, işləməyinə mane olmuş, hətta,onu ətrafdan tamamilə təcrid etmişdi. Hərbi xidmət belə yazıq atamın bu zəhrimardan qurtuluşuna çarə olmamışdı. Gələk atamın evlənmə məsələsinə. Atamla anam sinif yoldaşı olur və bir-birilərini sevirlər. Anam valideyinlərinin məlum səbəbdən bu izdivaca razı olmadığını görəndə sevdiyi insanı çətin vəziyyətində tək qoymamaq, onu neçə həyatlar məhv edən, ocaqlar söndürən bu bəladan xilas etmək üçün hər şeyi arxada qoyub atamla qaçaraq ailə qurrur. Lakin nə qədər çalışsa da anam da atamı düşdüyü bu bataqlıqdan çıxara bilmədi. Mənim də dünyaya gəlməyim heç nəyi dəyişmir.
Beləcə, günlər aylları, aylar illəri əvəz edir. Atam isə addım-addım ölümə doğru gedirdi. Atam tez-tez evdəkilərdən pul istəyir, ala bilmədikdə isə dava-dalaş salırdı. Atamdan o qədər qorxurdum ki, o, evə gələndə qaçıb qucağına atılmaq əvəzinə özümə gizlənmək üçün yer axtarırdım. Çünki narkotik sözün əsl mənasında atamı canavara çevirmişdi. O bu zəhəri əldə etmək üçün adam öldürməyə belə hazır idi. Bəli, təəssüf ki, mənim atamla bağlı xatırladıqlarım,ancaq bunlardan ibarətdir. Son vaxtlar atam pul tapmaq üçün evdəki əşyaları belə oğurlayıb dəyər-dəyməzə satırdı. Vəziyyəti belə görən nənəmlə babam çıxış yolu kimi atamı ətrafındakı dostlarından uzaqlaşdırmaq üçün yaşadığımız qəsəbəni tərk etmək, başqa bir qəsəbəyə köçmək qərarına gəldilər. Ancaq bu da işə yaramadı. Çünki,atam bizimlə gəlmədi. Onda mənim beş yaşım var idi. On "gün sonra, yəni ayağımı itirdiyim həmin gün anam atamı müalicə almağa razı salmaq, onu yavaş-yavaş uçuruma aparan bu yoldan döndərmək üçün mənimlə bircə əvvəlki evimizə getdik. Evdə gördüyümüz mənzərə təsviredilməz dərəcədə dəhşətli idi. Atam demək olar ki, özündə deyildi. O, anamı görən kimi narkotik istifadə etməyi təklif etdi. razılaşmadıqda üstünə yeridi. Anam əli ilə mənə qaçmağımı işarə edib özü də qaçmağa hazırlaşırdı ki, atam arxadan onu tutdu. Bu zaman o, atamın əlindən necə çıxdısa, donının kürək tərəfi cırılib onun əlində qaldı. Mən arxama belə baxmadan qaçırdım. Yolu keçmək istəyəndə qarşıdan sürətlə gələn bir maşının altında qaldım. Ayağımda elə həmin vaxt qopdu. Həkimlər nə qədər çalışsalar da qopan ayağımı bərpa edə bilmədilər. Həmin hadisədən 3 ay sonra soyuq qarlı bir qış səhərini qara xəbərlə açdıq. Gecə dostları ilə bircə yüksək miqdarda narkotik qəbul edən atam huşsuz vəziyyətdə qarın üzərində uzanmış, dostları onun əynindəki paltarları çıxarıb aparmış, atam da elə həmin yerdəcə soyuqdan donaraq ölmüşdü. Bəli, bu mənim atamın acı sonu...
- Fidan, siz≈, doğrudan, bunları yaşamısınız, qızım? - eyə hekayəni oxuyub bitirən Nərgiz gözləri yaşlı halda soruşdu.
- Bəli, müəllimə - Fidan kövrək səslə cavab verdi.
- Allah atana rəhmət eləsin, qızım, günahlarını bağışlasın! Boş yerə narkotikə ağ ölüm deməyiblər. - Nərgiz mütəəsir halda dedi. Sonra gözlərini silib, əlavə etdi:
- Məncə, sənin bu hekayənin adı da "ağ ölüm" olsun, qızım.
- Olar, müəllimə - Fidan razılaşdı.
Onlar hekayəyə bəzi düzəlişlər edib lazım olan gmail ünvanına göndərdilər.
Nurlanə CƏLULLAQIZI
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub