“Mystery Ensemble”in “RED EVENTS & Distribution ltd.” tərəfindən təşkil olunan və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində keçirilən “Şam İşığında Üzüklərin Əfəndisi” adlı beynəlxalq musiqi layihəsi, musiqisi 40 il ərzində kinoteatrların ekranlarından səslənən dünya şöhrətli kanadalı bəstəkar Hovard Şorun valehedici melodiyalarının sədaları altında növbəti dəfə parlaq musiqi səyahətinə çevrildi.
AZƏRTAC xəbər verir ki, “Mystery Ensemble” musiqiçilərinin virtuoz ifaçılıq bacarığı dinləyiciləri elflərin, hobbitlərin və cırtdanların fantastik dünyasına apardı. Bu musiqi axşamında musiqiçilərin bərq vuran sehrlər və sirlərlə örtülmüş səhnədə “dilə gətirdikləri” notların və musiqi ifadələrinin ecazkar vəhdəti, salonda əyləşənlərin süjetin emosional nöqteyi-nəzərdən başa düşülməsi və vizual mənzərənin tamamlanması üçün musiqinin bütün əhəmiyyətini dərk edərək tamamilə qavramağa çalışdığı maraqlı filmi xatırlatdı.
Hovard Şor “Üzüklərin Əfəndisi” orijinal trilogiyası üçün yazdığı musiqilərə görə üç dəfə “Oskar”a, üç dəfə “Qremmi”yə və bir dəfə “Qızıl qlobus” mükafatına layiq görülüb. Bu filmlərə bəstələnən saundtreklər dəfələrlə ayrıca albom şəklində buraxılıb və müxtəlif orkestrlər tərəfindən teatr zallarında səsləndirilib.
Şorun “Üzüklərin Əfəndisi” kino trilogiyasına yazdığı musiqilər adətən emosional melodiya və opera musiqisi kimi xarakterizə olunur. Bu təəccüblü deyil, çünki bəstəkar bu film üçün 80-dən çox fərqli mövzuda musiqi bəstələyib.
Bəstəkar Hovard Şor öz işi haqqında belə deyir: “Mən musiqiyə tarixilik vermək üçün onu XIX əsrin əsəri kimi bəstələmişəm. Axı Orta Dünya 5000-6000 il əvvəl mövcud olub. Peter, Fren və mən “Üzüklərin Əfəndisi”ndə opera atmosferi yaratmaq istədik. Musiqi bu hekayənin emosional yaddaşına nüfuz etməlidir”.
“Mystery Ensemble” musiqi layihəsinin unikallığı təkcə onların konsertlərinin salonu ecazkar sehrlə dolduran şam işığında keçirilməsi deyil. “Mystery Ensemble” dinləyicilərə canlı musiqinin çoxcəhətli qavranılmasının unikal təcrübəsini təqdim edir. Maraqlısı ondan ibarətdir ki, musiqi alətlərinin tərkibi dəyişir. Beləliklə, bu musiqi axşamında “Şam işığında Üzüklərin Əfəndisi” konsert proqramını təqdim edən skripka və alt, qoboy və fortepiano, violonçel və kontrabas, zərb alətləri dinləyicilərə yeni səs birləşmələrinin və fərdi ifa tərzinin ahəngdar vəhdətini təqdim etdi və şam işığında keçirilən bənzərsiz musiqi axşamlarının daha bir yaddaqalan xoş xatirəsinə çevrilə bildi.
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub