Senet.az oxucularına Cəvahir Əsədovanın “Geri dön” yazısını təqdim edir.
Yaxın rəfiqəmlə görüşüb, şəhərin adamlarlala gür olan küçələrinin birində gəzirdik. Rəfiqəm nələrsə danışır, mən də ona qulaq asırdım. Ona diqqətlə qulaq asmağıma baxmayaraq arxamızda danışan bir öğlanın səsini aydın eşidirdim.
Cavan bir oğlan, həvəslə, ingilis dilindən verdiyi imtahandan, xaricdə pulsuz təhsil hüququ qazanmasından danışırdı. Sonra o, qətiyyətlə, özünə söz verirmiş kimi inamla:
-Mən burdan getmək üçün nə lazımdırsa edəciyəm. Burda qalıb çürümək fikirim yoxdu. Getdim, bir də bura dönmərəm, öldürsələr də dönmərəm. Mənim gələcək üçün çox gözəl planlarım var.
Danışığına bir az ara verib sonra:
-Məncə, heç sən də qayıtma. Nə var ki, burda? deyib, yanındakına məsləhət də verdi.
Mən bir anlıq dayandım. Rəfiqəm söhbətini saxlayıb üzümə baxıb nə baş verdiyini soruşdu. Mən başımın hərəkəti ilə ona bir şey olmadığlını bildirib, yavaş addımlarla arxada söhbət edənlərin gəlib qabağa keçmələrini gözlədim. Harasa tələsərək tez-tez yeriyən cavan oğlanla bir qız, söhbətlərinə davam edərək, yanımızdan keçib getdilər. İki yaraşıqlı bu gənclərdən uzun saçlarını əli ilə tez-tez səliqəyə salaraq yeriyən qızdan çox oğlan mənim diqqətimi sözləri ilə daha çox cəlb eləmişdi. Üzün, yaraşıqlı danışığında, yerişində bir qeyri-adi möhkəm xarakterə, istədiyini həyatdan qoparıb almağa hazır görsənən bu cavan oğlandan gözümü ayıra bilmirdim. Ürəyim çox pis sıxılmağa başladı. Mən, sevdiym bu küçədə, adamların əhatəsində gəzərkən özümü nə qədər yaxşı hiss etməyimə baxmayaraq birdən-birə əhvalım çox pis dəyişdi.
Bəzən, elə hisslər olur ki, onu sözlə ifadə etmək mümkün olmur. Buhisslərdə onlardan biri idi. O saat, beynimdən bu yaraşıqlı oğlanın anasının yaşayacağı övlad həsrəti və bu həsrətin içinə sığmayanlar keçdi. Övladına istədiyi an toxuna bilməyəcəyi, onu qucaqlayıb öpüb, qoxusunu doyunca içinə çəkəməyəcəyi, oğlundan uzaqda yaşlanacağı məni çox narahat etdi, ürəyimi sıxmağa başladı.
Övladı qərib ölkədə yaşayan bir ana kimi bu ayrılığı uzaqlaşıb gedən, tanımadığım bu oğlana baxa-baxa daha da dərindən yaşamağa başladım. Uzaqdan uzağa, ancaq telefonun ekranında görüb toxuna bilmədiyim oğlumun, üzündəki tüklərin arasında görsənən ağ tüklər mənim canımı necə ağrıdırdısa uzaqlaşıb gözdən itən bu cavan uşağın da sözləri, gedib qərib ölkədə yaşamağa qərar verməsi, orda yaşlanması məni o qədər narahat etməyə başladı.
Bu an, təkcə, bir ana həsrəti ilə məni incitmədi, eyni zamanda məni başqa bir duyğu da əzməyə, narahat etməyə başladı. Mənim Vətənimin belə yaraşıqlı gənclərinin başqa ölkələrin torpaqlarında yaşaması, gənc varlıqları, gözəllikləri ilə qərib olkələrin gözəl görsənmələrinə səbəb olmaqları məndə bir paxıllıq hissi yaratdı. Mənim vətənimin təbiəti belə yaraşıqlı cavan oğlan və qızlara niyə həsrət qalmalıdı ki?
Niyə, bu gənclər, isti ölkələrə uçan quşlar kimi uçub getməyə hazır vəziyyətdə dayanıb dəstə-dəstə uçub gedirlər? İsti ölkələrə uçan quşlardan fərqli olaraq, orda onlara soyuq olanda da qayıtmaq istəmirlər. Başlarına gələcəklərdən, tanımadığı yad ölkələrdə onları nə gözlədiyinin fərqinə belə varmadan qaçıb getmək istəyirlər.
Mən oxumağın, yaxşı təhsil almağın əleyhinə deyiləm.
Əsla!
Amma, niyə qayıtmayacağaçam?
Niyə, yad ölkədə yaşlanacağam?
Niyə, minib getdiyim təyyarəyə bir də minib geri qayıtmayacıyam?
Niyə?
Bu Vətənin gələcyi sizinlə düzəlcək. Bu Vətənin günəşli sabahı siz varsınızsa açılacaq, sabah olacaq axı!
Bu hadisə məni uzun zaman narahat etməyə başladı. O, cavan oğlanın nə sözləri qulağımdan getdi, nə də görkəmi gözlərimin önündən çəkilib getdi. Üstəlik, bəlkə də hiss etdiklərimi tam aydınlığı ilə izah edə bilmədiyim o hisslər məni çox düşündürdü, mənə rahatlıq vermədi. O, cavan oğlan minlərlə gedən və nəyin bahasına olursa olsun getmək istəyən yeniyetmələrdən yalnız biri idi.
Üzun zaman bu hisslərimi necə ifadə edim deyə fikirləşdim. Çünki məni narahat edən qəlbimdən, beynimdən keçənləri yazmayana qədər onlar məni rahat buraxmırlar.
Mən bu hissləri necə ifadə edim deyə fikirləşincə, dünya çalxalanmağa başladı, sərhədlər bağlandı, ağ tüstüsünü buraxaraq insanları bir-bir ölkələrdən keçirərək uzaq diyarlara daşıyan təyyarələr yerə enib, qanadlarını bükdü. İtaətdən çıxmış şeytan kimi, balaca bir virus dünyaya hökmranlıq etməyə başladı. Dünyaya hökmranlıq etmək istəyənlər isə qapılarını bağlayaraq, bu balaca mikroorqanizmin onun qapısını “döyməsin” deyə, Allaha yalvarmağa, hamıdan qaçıb gizlənməyə başladılar. Özünü itirib dünyanı qazanmağın faydasız olduğunun, yığıb, üstündə oturub qorumağa calışdıqları xəzinəyə görə göylərdən gələn xəzinənin qabağını aldıqlarının fərqində belə deyildilər.
Baharın gəlməsinə, hər tərəfin gül çiçək açmasına baxmayaraq təbiətdə bir bədbinlik hökm sürürdü. Parklarda qaçıb oynayan, deyib gülən körpələrin səsi eşidilməz oldu. Küçələr, şəhərlər, hava limanları yubanmamaq üçün tələsənlər, daha da varlı olmaq üçün ora-bura qaçaraq çalışan insanlarsız qaldı. Dayanmadan hərəkətdə olan, genişlənib öz məkanına sığmayan yer kürəsi balacalaşıb, büzüşdü, qara örpəyini başına bağlayaraq, gözünə taxdığı qara eynəyin altından göz yaşlarını axıtmağa başladı. Üstünün bəzəyi, yaraşığı, ən dəyərli varlıqlarının günahlarını bildiyi halda onların taleyinə biganə qala bilmirdi. İnsanlığın verdiyi sifarişin bədəlini ödədiyini bilə-bilə onlara yas saxlayırdı. Axı, təbiət də uşaq kimidi. O, üşağın qəlbini incidərsənsə o, səni Allaha şikayət etməzmi?
Cəmiyyətimizin, dünyamızın, yerimizin başına gələn bu bəla mənin, lap çox qəlbimi sıxıb incitdi. Yeni bir həyata başlamaq istəyən cavanlarımız çarəsizcə dünyanın qaydasına, əvvəlki axarına düşməsini gözləməyə məcbur oldular. Dünya düzəlsin, daha da yenilənsin, hüzürüna qovuşsun cavanlarımız öz arzularına çatsınlar. Təyyarələr yenidən səmaya qalxsın, ağ tüstüsünü buraxaraq, buludları keçərək, gənclərimizi istədiyi ölkəyə aparsın. Gənclərimiz gedib oxusunlar, dünyagörüşlərini artırsınlar tam olsunlar, mükəmməl olsunlar amma yenidən qayıdıb Vətənə dönsünlər. Biz axı, bu gənclərsiz yox olarıq, tək qalarıq, gözəl görsənmərik!
Bizim gözəl sabahımız, uğurlu gələcəyimiz, bizim gənclərimizdi!
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub