II “Kitabqurdu” Payız Oxu Marafonu çərçivəsində Azərbaycan Nəşriyyatları Assosiasiyası Xəzər Universitetində tələbələrlə görüş keçirib.
Senet.az assosiasiyaya istinadən xəbər verir ki, görüşdə marafonun siyahısına düşən "Koramal" kitabının müəllifi, yazıçı Rövşən Abdullaoğlu çıxış edib, tələbələrin suallarını cavablandırıb.
Marafon haqqında ətraflı məlumat əldə edən tələbələr 3 ay ərzində 8 kitab oxuyaraq vaxtlarını səmərəli keçirmək fikrini maraqla qarşılayıblar.
Daha sonra aktyor Əhliman Ərşadlı və teatrşünas Afaq Ağayeva “Koramal” kitabından bir hissə səsləndiriblər.
Sonda sözügedən kitab əsasında çəkilmiş qısa videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, II “Kitabqurdu” Payız Oxu Marafonu çərçivəsində müxtəlif universitetlərdə tələbələr və müəlliflər arasında görüşlər davam edəcək.
“Şuşa İli” ilə əlaqədar “Rəsm saatı” təşkil olunub
“Art-terapiya” dərsləri yenidən başladı
Osmanlı sultanlarının portretləri satışa çıxarılacaq
“Qələbə hünəri” sərgisinə əsər qəbulu davam edir
Tanınmış rəssam əsərini Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə edib
Pikassonun 9 əsəri Fransa hökumətinə bağışlanacaq
Riyaziyyatçılar Van Qoqun yaradıcılıq uğurlarının səbəbini tapıblar
“Mənim düşüncəm-2021” müsabiqəsi davam edir
Turnerin rəsm əsəri təxminən 200 il sonra ilk dəfə sərgilənəcək
“Özünü kəşf et” adlı ustad dərsləri davam edir