İlahi bir eşqin yolçusuyuq biz
Dostum Asif Namazova
Hər ox dəyə bilməz öz hədəfinə,
Hər qılınc qınından sıyrılan deyil.
Dünyaya doğulan hər adamın da
Xəmiri nur ilə yoğrulan deyil.
Göylərin yerlərdə var-yoxuyuq biz,
Hədəfə atılmış can oxuyuq biz,
İlahi bir eşqin yolçusuyuq biz,
Hər yetən bizimlə dost olan deyil.
Bişməz od üstündə insanın çiyi,
Açmaz hər ürəkdə eşqin çiçəyi.
Süzmə badəsinə, süzmə, o meyi,
O, bizim mey ilə məst olan deyil.
Göylərin uca bir qatına çıxdım
Başıma göylərdən yağan daşları,
Bir-bir ayağımın altına yığdım.
Qaldı aşağıda göyün quşları,
Göylərin uca bir qatına çıxdım.
Gəldi mələklərdən bir səs, bir səda:
“Tanrı səni sevdi, səni bəyəndi.
Söylə günah dolu yerə əlvida,
Gəl, gəl gördüyün bu göylər sənindi”.
İndi yerdəkilər daş atır mənə
Söyürlər, deyirlər, düş gəl aşağı.
Elə bilirlər bə çıxmaq asandı
Belə ucalara zalım uşağı.
Nəyin var uduzmağa…
Bəxtin yıxılıb yatdı, tək qaldın ayaq üstə,
Azdın sən öz yolunu yolların hamarında.
Bir əlin ürəyində, bir əlin varaq üstə,
Uça bilmir sözlərin hələ öz qatarında.
Hansı nəfəs soldurur, İlahi, bu gülləri,
Sözüm yamaya bilmir bu sınıq könülləri.
Lələklər qarğış kimi örtür yenə çölləri,
Bir kainat qərq olur bir durna havarında.
Məhəbbət zərrə-zərrə qorxuya çevriləndə,
Hər adam bir qaranlıq quyuya çevriləndə,
İnsanın damarında qan suya çevriləndə,
Qan axır su yerinə torpağın damarında.
Bir saralmış nəğmədi hər payızın son ayı,
Boğazında qəhərdi ürəyinin harayı…
Sevinci şəhid olmuş bir ömürdən savayı,
Nəyin var uduzmağa taleyin qumarında?!
Bilmirəm necə deyim
Hamıya gərək olan,
Hamıya gərək olmur.
Ha yazsam da bu şeiri,
Bu ömrə dirək olmur.
Bilmirəm necə deyim,
Xətri qalmasın Göyün.
Gercəklər bir şey deyil,
Röyalar gerçək olmur.
Bu insan bu həyatda
Özünə sirdi hətta.
Ağır fikirlər altda
Yeyin yerimək olmur.
Mən ürəkdə qalan sözə bənzərəm
Mən bir gündə min xəyala düşərəm,
Hərdən qışa, hərdən yaza bənzərəm.
Çalxalanıb haldan-hala düşərəm,
Hərdənoda, hərdənbuzabənzərəm.
Nə şeytanyaşadım, nə də kimələk,
Dərdoldudərdimdəndərdiyim çiçək.
Azmənimkülümü sovur, aykülək,
Mənkülaltdaqalanközə bənzərəm.
Eşqinyaşılbulağındagəzməni,
Gəlmeybilibbadələrə süzməni.
Hardan biləcəksiz axı siz məni,
Mən ürəkdə qalan sözə bənzərəm.
Yol
Mən biləni şeytan bilə bilməz ki,
Ha səslərəm amma yola gəlməz ki.
Hər adamın yolu ola bilməz ki,
Sevgi dolu ürəklərdən ötən yol.
Gözümüzdə yeri-göyü boz eylər,
Könlümüzün atəşini buz eylər.
Ömrümüzün günlərini toz eylər,
Ruhumuzu pambıq kimi didən yol.
Gözlərin dolmasın qəlbin qəmindən,
Heç də qəm yağmasın hər qədəmindən.
Keçər bu dünyanın cəhənnəmindən,
O dünyanın cənnətinə gedən yol.
Baxışım gül açmır yanağın üstə
Yəqin nəfəsindən şaxta gəlibdi,
Baxışım gül açmır yanağın üstə.
Ox kimi dəyirəm gözünə hər gün,
Adım zəhər dadır dodağın üstə.
Bir ömür olmadı bu eşqin ömrü,
Çaşıb yaşayıram bu çaşqın ömrü.
Sənin ürəyində, yar, eşqin ömrü,
Bir şeh ömürüymüş yarpağın üstə.
Bu sevda gözümü tor kimi örtdü,
Həsrətin qəlbimi qar kimi örtdü.
Nahaq yaşıl-yaşıl nəğmələr ötdüm,
Yarpağı saralmış budağın üstə.
Qışla ölüb gedən yazla dirilsə,
Xoş halına könül sazla dirilsə.
Şeirlə yaşarmı, sözlə dirilsə, –
Bu sevgi bu gündən varağın üstə.