Filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfovanın “Poeziyamızın Qarabağ savaşı – Vətən müharibəsi” monoqrafiyası çap olunub.
AMEA-dan Senet.az-a verilən məlumata görə, monoqrafiyaya AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli “Qarabağnamələrin ədəbiyyat mərhələsinin elmi dərki” adlı ön söz yazıb.
Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramovdur.
Monoqrafiya Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib. “Elm və təhsil” nəşriyyatında çap olunan kitab “90-cı illər poeziyasında I Qarabağ müharibəsinin təcəssümü”, “Poeziyamızın Vətən müharibəsi – Qarabağ”, “Müzəffər Vətən müharibəsi – azad Qarabağ mövzusunun epik vüsəti poemalarda” adlı fəsillərdən ibarətdir.