“Şuşa İli” ilə əlaqədar “Rəsm saatı” təşkil olunub

11 Baxış

hg

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının əməkdaşları Aytən Məmmədova və Səidə Rəcəbova 173 nömrəli tam orta məktəbin IV sinif şagirdləri ilə birgə “Rəsm saatı” keçiriblər.

Baş idarədən Senet.az-a bildirilib ki, “Rəsm saatı”nda şagirdlər Qarabağın döyünən ürəyi Şuşanın, bənzərsiz gözəllik və qəhrəmanlıq rəmzi olan Xarıbülbülün və əzəmətli Şuşa qalasının rəsmlərini çəkiblər. Onlar böyük həvəslə şanlı Azərbaycan bayrağı, qardaş ölkə Türkiyənin bayrağını təsvir ediblər.

Bölmə : Rəssamlıq, Sənət