Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə rəsm əsəri təqdim olunub.
Muzeydən Senet.az-a bildirilib ki, tanınmış rəssam Hüseyn Hacıyev Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasından səhnəyə çəkilmiş illüstrasiyanı muzeyə təqdim edib.