“Yaşasın qardaşlıq” – Ülvi Aydın

127 Baxış

20201124_121643

 

YAŞASIN QARDAŞLIQ

 

İstər yüz il öncə, istərsə bu gün

Bizə dəstək oldu türk qardaşımız

Hiss etdik qardaşın isti nəfəsin

Bitdi qələbəylə haqq savaşımız.

 

Andına, əhdinə sadiq olan xalq

Türkiyə hər zaman qardaş yanında

Sözündən dönməzlik, cəsurluq, mərdlik

Əzəldən olubdur türkün qanında

 

Şanlı Azərbaycan, şanlı Türkiyə

Gerçək qardaşlığın nümunəsidir

Birdir sevincimiz, birdir qəmimiz

Ucalan səsimiz haqqın səsidir.

 

Türk yalnız qardaşın tərəfdarı yox

O haqq ədalətin sorağındadır

Qardaş dövlətlərin birgə addımı

Bu gün dünyanın da marağındadır.

 

Biz iki dövlətik, vahid millətik

Öndərin bu fikri yaddaşımızda

Daim davam etsin uğurlarımız

Qələbə yazılsın hər daşımızda.

 

Var ol Azərbaycan, var ol Türkiyə

Bitib tükənməzdir zəfərlərimiz

Hər iki dövlətin, böyük millətin

Yolu haqq yoludur, özü mübariz

 

Yaşasın qardaşlıq, əbədi birlik

Qoşa dalğalansın bayraqlarımız

Sevinsin dostumuz, xar olsun düşmən

Hər an şölə saçsın, çıraqlarımız