Qanun Ümman “Ölüm ölənin yox, qalanların faciəsidir” (Hind atalar sözü) Dostum Haqqının , təqribən, 26-27 yaşı olar. Onun uzun boyu, qara saçları, qəhvəyi gözləri var. Amma onu da deyim ki, Haqqı aləm oğlandı. Vallah, adı özünə, özü də adına uyğundu: düzə düz adamdı. Hələ mən eşitməmişəm ki, kimsə gələ və ondan bir şikayət eləyə. Yaxşı insanlara xeyir verər, pislərdən də uzaq gəzər. Atasının dediyi “oğlum, ya kiməsə dost ol, ya da heç kimə düşmən olma” sözü dilindən düşməz. Xülasə , Haqqı canlara dəyən oğlandı. “Maqnit”in arxa tərəfində taxta stolları olan bir çayxana var, orada oturmuşdum, çay içirdim. Haqqıya zəng vurdum ki, gəlsin çayxanaya. Buranın çayı yaxşı olduğundan həmişə bura gələrdik. Bir azdan o da gəldi.
Baxdım ki, vəziyyət xarabdı; yenə nəyəsə əsəbiləşib, cin vurub bunun təpəsinə. Az qalır ki, yeri qazıb girə altına. Dedim ki, nə olub, niyə belə pərişansan? Xəzərdə gəmilərin batıb, bəyəm səndən başqa bu dünyada adam yoxdu? Oturdu, bir müddət dinmədi. Hiddətlənmiş gözlərini zillədi gözümün içinə baxdı, baxdı, yenə də baxdı. Əsəbi gözlərindən oxunurdu. Mən də bir az susdum, danışmadım və gözlədim ki, bir az toxtasın.Yoldan keçən maşınların səsi bu sükutu pozurdu. Handan-hana bu özünə gəldi, amma nə gəlmək, elə bil Xirosimaya bomba düşdü. Başladı qəzəblə danışmağa: -Qardaş, dəhşətdi, dəhşət! Bir həftə bundan öncə əsgər yoldaşımın anası rəhmətə getmişdi. Yaxınlıqda bir kuruq var, kuruqda da böyük bir qəbiristanlıq. Gedib müraciət etdilər, amma iki gün arvad qaldı ortalıqda, yer ala bilmədilər. Ölüdən çox pul üçün ağladılar. Pulları çatmırdı, sonra anasından qalan on misqal qızıl çəçiyi aparıb satdılar və torpaq alıb mərhumu basdırdılar. Kasıb adamdılar, sabah ataları ölsə, nə satacaqlar. Birdə ki torpaq niyə satılır. Yaxşı Vasmoy bazarını başa düşdük; orda bir dükanın qarşısına bir çuval meşə torpağı qoyublar, üstünədə satılır şüarı yazıblar. Lazımı olan adam gəlib o meşə torpağından alır, aparıb gül qabına doldurur və gül əkir. Olsun, torpaq alverini formalaşdırmasa, yenə onun yeri var. Belə də dərd olar, belə də od olar.
Anaları müqəddəs bilirik, torpağı müqəddəs bilib ona ana deyirik. Amma indi anamıza bir qarış yer tapa bilmirik ki, ölüsünü dəfn edək. Yəqin, belə getsə, başıma hava gələr. Düşünürəm, düşünürəm, amma heç bir çarə tapa bilmirəm. Hələ bunlar bir yana, bir tərəfdən də çadır məsələsi ortalığa çıxdı. Gedib binanın böyründəki divardan çadır işinə baxanın nömrəsini götürdülər, zəng vurdular. Çadıra da elə qiymət dedilər ki, yazıq əsgər yoldaşım Qamətin beli büküldü, gözü təpəsinə çıxdı. Başladılar yenə pul axtarmağa və beş-altı yüz manat düzəldib sifariş vedilər. Bir azdan köhnə bir çadır gətirildi, quruldu və işçilər başladılar camaata çay verməyə. Yaxşı ki, ramazan ayına düşmüşdü. Sağ olsun bu tərəfin mollası ki, İslam ehkamlarına görə gündüz ehsan verdirmədi. Yoxsa, məsrəf ailəni quyunun dibinə salardı, daha ömür boyu borcdan qurtara bilməzdilər. Nə isə, yası yola vedik, təzədən ölü yada düşdü, hamı başladı havar çəkməyə. Üçünü sovub evimizə gəldim. Mən təəccüblə qulaq asırdım, Haqqı isə yenə başladı başqa bir məsələyə: - Bilirsən, qardaş, məni dəli edən nədir? O yasdan sonra elə qəmli-qəmli dolanırdım.
Bu gün tələbə yoldaşlarımdan biri dedi ki, bəs yaxınlıqda yas yeri var; balaca bir uşaq ölüb-Xoşbəxt müəllimin nəvəsi, ancaq tək getməyə utanır. Durub düşdüm onun yanına, getdik yasa. O yasa yas deyənin atasına lənət. Elə bil anlı-şanlı toy eləyirlər.Çadıra girdim, elə bildim ki, şadlıq evinə girmişəm. Süfrədə gördüklərimə inanmadım; hər cürə çərəz, şirniyyat-şəkərbura, paxlava, Şəki halvası, Maştağa ənciri, Naxçıvan pendiri, banan, üzüm, kivi-bir sözlə, hər şeyi həftəbecər kimi bir-birinə qatışdırmışdılar ki, bir tərəfdən də aş-qara gəldi. Di camaat, başlayın yeməyə. Mən bu yaşa gəlmişdim, orucluqda ehsan verən görməmişdim, onu da gördüm. Boğazımdan bilir loğma da keçmədi. Bir azdan fatihə verib durmaq istəyirdik, amma mollanın başı qarışmışdı yeməyə. Xəbərdar etdilər, molla bir fatihə verdi, iki nəfər qalxıb yas sahiblərinə tərəf yönəldik və onlara baş sağlığı verdik. Onlardan biri bizimlə çadırın çölünə çıxdı və başladı qürrələnməyə ki, güya üç günə on səkkiz min manat xərc çəkiblər. Hələ utanmaz – utanmaz istəyirmişlər ki, uşağı fəxri yerlərdə dəfn eləsinlər. O da cavab verilib ki, hələ o uşağın heç bir nailiyyəti yoxdur, ona görə olmaz. Dilim tutuldu, bilmədim nə deyim. İndi də gəldim sənin yanına və sənə hədsiz dərəcədə baş ağrısı verdim. Ümid yerim təkcə Allahdır. Ümiddən başqa təsəlli yerim yoxdur.Yaxşı olar, yaxşı olar... İkimiz də dərin bir ah çəkdik və buza dönmüş çaylarımızı içməmiş qalxıb getdik.
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub