senetaz

Həsən Əliyev 80 D

03 Fevral 2015 256742

“Kompleks” xəstəliyinə tutulanlar

“Kompleks” xəstəliyinə tutulanlar

images111Bu yazı gənc bir yazar dostumun, daha doğrusu yazar olmaq istəyən birinin mənə internet vasitəsilə ünvanladığı “şikayət” məktubundan doğdu. “Hər bir xəstləyinin bir dərmanı vardır, əlbət”. Bu fikir də onun dəyərli məktubundan bir parçadır. Mən də onun kompleks xəstəliyi haqqındakı fikrinə aydınlıq gətirmək istədim.

 

Ölüm və ona bənzər bir neçə xəstəlik də var ki, əlacına çarə yoxdur. Eynən bizim haqqında danışacağımız kompleks xəstəliyi kimi. Rəcəb İvedik kimi kompleksi, aqressiv olmaq bizə də keçib, xüsusən də nisbətən “qoca” yazıçılara. Əslinə qalsa onların kompleksliliyini müəyyən qədər alqışlamaq da lazımdı. Necə deyərlər, bu bir növ dövrün tələbidir. Şablon cümlələrlə münasibət yaratmağa çalışanlar kimi bir dialoq qurusan və ət tökməyə başlayırsan. “Salam, necəsiniz?”, “işləriniz necədi?”, “evdəkilər necədi?” (halbuki evdəkiləri tanımır), “qardaşın necədi” (heç bilmir ki, mənim qardaşım var ya yox?), atam (halbuki mən anasını tanımıram) kimi zəncirvari və şablon cavab tələb edən suallar. Bu suallardan yazıçı bezməsin neyləsin. Nəzakət xatirinə məcbur qalıb başlayacaq qısa cavablar yazmağa. “ok”, “hmn”, “oldu”, “tamam” və s.

 

Bu yaxınlarda facebook-da yazar dostumuz, istedadlı şair Şəhriyar del Gerani maraqlı bir status paylaşmışdı: “Bir yoldaş zəng eləyib hal-ehval tutur. Havadan-sudan, uzaq İrandan, yaxın Fransadan filan-besməkan danışdıq. Sağollaşma mərasimində – sağ ol şair, balacalar da yaxşıdı, salamları var – dedi. Guya mən soruşmadım deyə ironiya eleyir. Dedim ay başına dönüm, guya bilmirəmmi yaxşı olduqlarını? Şükür Allaha gözümüzün qabağında böyüyürlür. Necə yatır, necə oyanır, necə yeyir, necə ağlayır, hətta necə “tiş” eləyir, hamısını bilirəm”. Bu status özü-özlüyündə çox şeyi deyir. Yarızarafat, yarıgerçək bu sözlərdə həqiqət var, özü də böyük bir həqiqət…

Bizim çoxumuz hələ nə yazmağı, necə yazmağı, kiminlə necə münasibət qurmağı tam öyrənə bilməmişik. Budur bizim bədbəxtliyimiz kulminasiya mərhələlərindən biri, zirvəsi…

Feybukda “like” məcburetmələri, “like” etməməyin qarşılığında münasibətə son qoyulma kimi hədələr və daha nələr, nələr…

Tanınmış yazıçı, jurnalsit Rövşən Yerfinin diliylə desək “Mən səninlə dost olanda üzərimə öhdəlik götürməmişəm ki, hər yazdığını “ləbbeyk” edəcəm”…

“Kompleks” xəstəliyinin dərmanı elə komleksli olmaqdır, “hörmətin içində droj var, kimə edirsən şişir” deyə bir ifadə biraz kobud səslənsə də bu komleksliyin həllinə müəyyən qatqı saxlayır.

Əgər Barak Obama twitter hesabında 280 milyonluq amerika əhalisinin twitlərini cavablasa gərək onda Ağ Evə gəlməsin…

 

Mən kimlərisə Barak Obamayla müqaisə etmək üçün bu fikri səsləndirmirəm. Sadəcə məsələyə üst tərəfdən yanaşıb, alt tərəfi qazımaq üçün bunu vacib hesab etdim desək, daha doğru olar.

İnternetin geniş imkanları və qatqıları böyükdür. Kiçik bir informasiyanın qısa zamanda dünyaya ötürülməsi, dayandığın yerdə dünyanın ən ucqar nöqtələri ilə əlaqə qura bilmək imkanları özü-özlüyündə çox sözü deyir. Bundan səviyyəli və bacarıqla yararlanmaq vacib faktordur.

“Kompleks” xəstəliyinə tutulanlara müraciətlə demək istəyirəm ki, qoyun camaat rahat yaşasın, onları öz “alimlik” istedadınızla bezdirməyin…

 

Yeqzar Cəfərli