Fevralın 9-da “Hədəf” kurslarının Nizami filialında Vətən müharibəsi şəhidi, müəllim Qoşqar Ömərovun barelyef-guşəsi və adı verilmiş sinif otağının açılışı olub.
Tədbirdə şəhidin atası Səxavət Ömərov, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, deputat Vüqar İsgəndərli, Hədəf Kurslarının idarə heyəti üzvləri, filial müdirləri, şəhidin kolleqaları, döyüş yoldaşları, şagirdləri və digər qonaqlar iştirak ediblər.
Şəhidin xatirəsi bir dəqiqəlik sükutla ya edildikdən sonra “Hədəf” kurslarının Nizami filailının müdiri Kamil Orucov çıxışında qonaqlara Qoşqar müəllimin həyat və fəaliyyəti barəsində ətraflı məlumat verərək qısa, amma şərəfli ömür yoluna nəzər salıb. Həmçinin qeyd edib ki, onun adının əbədiləşdirilməsi məqsədilə “Qoşqar” məntiq-riyaziyyat bilik yarışına da bu gündən etibarən start verilir. 
Daha sonra çıxış edən digər tədbir iştirakçıları da Qoşqar müəllim haqqında xatirələrini bölüşərək onun bir insan, eyni zamanda pedaqoq kimi yüksək keyfiyyətlərindən danışıblar. Şəhidin atası Səxavət Ömərov qürurlu olduğunu və bir ata kimi oğlunun xatirəsinin əbədiləşdirilməsinin onu sevindirdiyini bildirdi.
Sonda barelyef-guşə və adı verilmiş sinif otağının açılışı olub. İştirakçılar şəhidin adına ayrılmış “Xatirələr” dəftərinə öz ürək sözlərini yazıblar.
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 95 il ötür
Fransa Müasir İncəsənət Ensiklopediyasına düşən yeganə azərbaycanlı - Cavid Qədir yazır