senetaz

Həsən Əliyev 80 D

27 Noyabr 2024 6140

Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq

Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq

Dekabrın 6-da Muzey Mərkəzində Azərbaycanın Əməkdar rəssamı İsa Məmmədovun xatirəsinə həsr olunmuş “Bakının peyzajları” adlı fərdi sərginin açılışı olacaq. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Muzey Mərkəzinin, Azərbaycan Rəssamlar İttifaqının və Qərbi Azərbaycan İcmasının dəstəyi ilə təşkil olunur.

AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın Bakının ən sevimli guşələrindən olan Dənizkənarı Milli Park, Nizami küçəsi, Vağzal meydanı, Fəvvarələr meydanı və bir çox başqa məkanları əks etdirən 60 rəsm əsəri nümayiş etdiriləcək.

Azərbaycanın Əməkdar rəssamı İsa Məmmədov kiçik bir kənddə dünyaya gəlib. O, 1974-cü ildə Bakıya köçərək Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Lakin uşaqlıq və gənclik illərinin keçdiyi yerlərlə bağlı xatirələr sənətçini heç vaxt tərk etməyib. Böyük bir şəhərdə məskunlaşan İsa Məmmədov Azərbaycanın rayonlarına tez-tez səfər edirdi. Quba, Xaçmaz, İsmayıllı onun üçün xüsusilə sevimli yerlərə çevrilib. Sırf realist baxışla gücləndirilmiş impressionist üslub ona təbiətin hər bir guşəsinə açıq şəkildə heyran olmağa imkan verir. Təəccüblüdür ki, rəssamın rəsmləri arasında daha çox olan Bakı mənzərələri həm şəhərin səs-küyündən, həm də hər hansı bir meqapolisə xas olan həyat ritminin sərt təsvirindən tamamilə məhrumdur. Rəssamın fırçasının məhsulu olan bütün tablolar təbiətin sevimli guşələrinə, Bakının görməli yerlərinə olan ehtiramlı münasibət, sevgi və hərarət ilə seçilir, bu mənzərələrin ruhu tamaşaçılara da sirayət edir.

Sərgi dekabrın 13-dək davam edəcək.