Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Teatr Xadimləri İttifaqı və “Emedia Group” Media təşkilatının təşkilatçılığı ilə 10 Mart - Milli Teatr Günü münasibətilə “1-ci Uşaq Teatr Festivalı”nın açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və bədii rəhbəri Fərid Bağırov festivalın məqsədi haqqında ətraflı məlumat verib.
Bildirib ki, festivalın əsas məqsədi uşaqların yaradıcılıq potensialını inkişaf etdirmək, teatr sənətinə marağı artırmaq və gələcək aktyor nəslinin formalaşmasına dəstək verməkdir.
“EMEDIA GROUP” Media təşkilatının sədri Elşən Əliyev vurğulayıb ki, teatr uşaqlarda yaradıcı düşünmə və təxəyyül bacarıqlarını inkişaf etdirir, onların sosial bacarıqlarını və dünyagörüşünü genişləndirir.
Deputatlar və incəsənət xadimləri festivalın uşaq teatrının inkişafına verdiyi töhfələrdən və mədəniyyətin gənc nəslə aşılanmasının əhəmiyyətindən danışıblar.
Tədbir bədii hissə ilə davam edib.
Balet sənətimizin uğurlu müjdəçisi - Cavid Qədir yazır
Xocalı faciəsinin təsviri sənətdə ifadəsi
Azərbaycanın ilk ali təhsilli rəssamı - Bəhruz Kəngərli
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə