
Belarusun Akademik Böyük Teatrında beynəlxalq “Balet yayı” festivalının açılışı dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baletinin möhtəşəm uğuru ilə yadda qalıb.
AZƏRTAC xəbər verir ki, Rusiyanın xalq artisti, tanınmış xoreoqraf Eldar Əliyevin quruluş verdiyi tamaşada Mariinski Teatrın Primorski səhnəsinin aparıcı balet artistləri və Sankt Peterburq Mariinski Teatrının (bədii rəhbər və baş dirijor - Valeri Gergiev) simfonik orkestri və xoru iştirak ediblər. Solo vokal hissəsini Anastasiya Kikot və Samira Qalimova, milli alətimiz tarda isə Ramin Əzimov və Nadejda Medvedeva ifa ediblər.
Mariinski Teatrın orkestrinə Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, respublikanın əməkdar artisti Əyyub Quliyev rəhbərlik edib.
İlk tamaşanın uğurlu ifasından sonra xoreoqraf Eldar Əliyev, balet artistləri və azərbaycanlı dirijor Əyyub Quliyevin bir sıra görüşləri də olub. Belarus Milli Olimpiya Komitəsinin sədri Viktor Lukaşenko, Primorski regionun qubernatoru Oleq Kojemyako, Belarusun mədəniyyət naziri Ruslan Çernetskiy, Baş nazirin müavini Viktor Karankeviç, Belarus Böyük Teatrının baş direktoru Ekaterina Dulova təbriklərini çatdıraraq, Azərbaycan musiqisi ilə bağlı yüksək fikirlərini bölüşüblər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür