
I Avropa Oyunları çərcivəsində Musiqili Teatrda 15 tamaşa nümayiş olunub.
Bu barədə Senet.az-a açıqlamasında teatrın direktoru direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Senet.az-a açıqlamasında məlumat verib. O, 11-28 iyun tarixlərində 15 müxtəlif tamaşa ilə xarici qonaqların qarşısına çıxdığını bildirib. Tamaşalar Azərbaycan və rus dilləri ilə yanaşı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ingilis dilinə tərcümə olunaraq tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbilərə təqdim olunub.
Bu müddət ərzində “Ər və arvad”, “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Skapenin kələkləri” (J.B. Molyer), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, F. Zöhrabov), “Fransızsayağı qarnir” (M. Kamoletti) və başqa tamaşaları ümumilikdə dörd mindən çox tamaşaçı izləyib. Bu tamaşaçılar arasında Macarıstan, İtaliya, Almaniya, Kipr, Türkiyə, Rusiya Federasiyası, İngiltərə, İspaniya, Moldova, Polşa, Bolqarıstan, Danimarka, Fransa, Ukranya və başqa dövlətlərdən gəlmiş əcnəbilər də olub. Həmin günlərdə nümayiş olunan uşaq tamaşalarında da – “Düyməcik” (Q.X. Anderson), “Qırmızı papaq” (E. Sabitoğlu, Y. Şvarts), “Bir dayan canavar” (R. Ağayeva, A. Xayt, A. Kurilyanski) qonaqların xüsusi marağına səbəb olub.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür