senetaz

Həsən Əliyev 80 D

02 Noyabr 2021 242

20 il qabaqkı mükafat yenidən təqdim olundu

20 il qabaqkı mükafat yenidən təqdim olundu

dash kitabe4   30-31 oktyabr tarixlərində Azərbaycan Nəşriyyatları İctimai Birliyi (ANİB) tərəfindən Sumqayıt şəhərində keçirilən və anşlaqla qarşılanan "I Sumqayıt Kitab Sərgisi" ANİB-2021 tədbirində sonuncu dəfə 20 il öncə verilən "Daş Kitabə" mükafatı yenidən təqdim olunub. Senet.az ANİB-ə istinadən xəbər verir ki, mükafat həm ANİB üzvlərinin, həm də sosial şəbəkə vasitəsilə keçirilən sorğuda istifadəçilərin ümumi rəyi əsasında Sumqayıt və Bakı şəhərində yerləşən "Xan xəzinəsi" bukinistinin rəhbəri, uzun illərin kitabçısı Xan Rəsuloğluna verilib. dash kitabe1 İlk və sonuncu dəfə bu mükafatı "Altun Kitab" Nəşriyyatının direktoru Rafiq İsmayılovun təşəbbüsüilə 2001-ci ildə "Tutu" uşaq nəşriyyatının rəhbəri Tərlan Qorçu alıb. "Daş Kitabə" ikinci dəfə iyirmi il sonra ANİB İdarə Heyətinin sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin təşəbbüsü ilə təqdim olunub. Qeyd edək ki, "Daş Kitabə" mükafatı kitabçılıqda fədakar fəaliyyətə görə nəşriyyat və ümumilikdə kitab sahəsində çalışan insanlara verilir. dash kitabe3   dash kitabe2