Bir neçə gün əvvəl Şəkidə TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirilib.
Senet.az-ın TÜRKSOY-un saytına istinadən verdiyi məlumata görə, iclas zamanı 2017-ci ilin “Molla Pənah Vaqif ili” olması barədə qərar qəbul olunub.
Bu qərar Azərbaycan şairinin gələn il qeyd olunacaq 300 illik yubileyi ilə əlaqədar qəbul olunub.
Bundan başqa yeni “Türk dünyasının mədəniyyət paytaxtıp” da məlum olub. Gələn il bu adı Qazaxıstanın Türküstan şəhəri daşıyacaq.
Qeyd edək ki, 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” Şəki şəhəri idi.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür