senetaz

Həsən Əliyev 80 D

11 Oktyabr 2018 243

“3 divar” və “Təxəyyül” qısametrajlı filmlərinin premyerası olacaq

“3 divar” və “Təxəyyül” qısametrajlı filmlərinin premyerası olacaq

tre Oktyabrın 13-də, saat 18.00-da Hədəf Multimedia Mərkəzinin təşkilatçılığı ilə “3 Divar” və “Təxəyyül” qısametrajlı filmlərinin premyerası keçiriləcək.   “3 Divar”i absurd-qurğudur. Bir-birini tanımayan 3 şəxsin bir otaqdakı münasibətlərindən bəhs edir. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Səbuhi Şahmusoydur.   “Təxəyyül” filmi isə obrazlarının sorğu-sualı ilə üz-üzə qalan yazıçıdan bəhs edir. Filmin rejissoru Cavad Nur, ssenari müəllifi Rövşən Danyeridir.   Film və müzakirəyə hər kəs dəvətlidir. Giriş sərbəstdir.   Tədbirin informasiya dəstəkçiləri: “Ustad” Ədəbiyyat və Sənət Dərgisi Senet.az saytı Parafr.az saytı   Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti, 72 Hədəf Stem Liseyi, Akt zalı.