Yanvar ayında məşhur tandem rəssamları- Adam Brumberq və Oliver Çanarinin “Ruh sümükdür” (“Spirit is a bone”) adlı fotokitabı çapdan çıxıb. Bu dəfə onların kitabında müasir Moskva sakinlərinin 3D- portretləri öz əksini tapıb. Onların arasında mediya nümayəndələri- Yekaterina Samuçev, Aleksey Navalnı və digərlərini də asanlıqla seçmək mümkündür. Lakin bu layihə şəhər əhalisi ilə siyasi fəallar barədə düşünmək üçün deyil, bu yolla vizual və maddi aləm, müasir texnologiya və siyasət arasında sərhədləri anlamaq üçün nəzərdə tutulub.
Kitabın belə adlandırılması da təsadüfi deyil. Bu ad Qeqelin “Ruhun fenomenologiyası”ndakı sitatdan göütürülüb: “... reallıq və insanın faktiki mövcudluğu onun kəllə sümüyüdür”. Qeqelin bu sözlərini Moskvanın Vocord şirkətinin texnologiyaları da öz-özlüyündə təsdiqləyir. Brumberq də həmin mühəndislərlə görüşdən sonra Çanarinlə “Spirit is a bone” layihəsinə başlamağa qərar verib. Mühəndislər heç bilgiləri olmadan fotoları çəkilənlərin çox saylı şəkilləri əsasında onların sifətlərinin 3D modellərini yarada bilən alqoritm işləyib hazırlayıblar.
[gallery ids="14033,14031,14030,14029"]
3D fayllar sayəsində real forma haqqında kiçik təsəvvürlər formalaşır, lakin bu tamamilə cansız “kəllə” dərhal real, canlı insan haqqında - saçlarının rəngindən tutmuş onun hal-hazırda olduğu yerə qədər informasiyalara çevrilir. Bu yolla təsəvvürlə obrazın materializasiyası haqqında danışmaq olar.
https://vimeo.com/153351901
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür