Kitabevim.az kitab marketinin keçirdiyi endirim kampaniyası davam edir. Mağaza 300 adda kitaba 50 faizlik, “Hədəf” və “XAN” nəşrlərinin kitablarına 35 faizlik, müəllif və digər nəşriyyatların kitablarına isə 25 faizlik endirim elan edib.
İyulun 11-dən başlayan endirim aksiyasına oxucuların marağı böyükdür. Bu gün mağazada olarkən, özümüz də bunun şahidi olduq.
Mağazadan verilən məlumata görə, artıq yüzlərlə insan bura gələrək endirim aksiyasından yararlanıblar.
Orxan Qasımov adlı gənclə söhbətləşərək kampaniya haqqında fikirlərini öyrəndik. O, mağaza rəhbərliyinə öz minnətdarlığını bildirdi: “Bu cür endirim kampaniyası keçirməyin özü böyük bir işdir. Bu xəbəri eşidəndə çox sevindim. Uzun müddətdir ki, almaq istədiyim kitabları, arasında seçim etmədən ala bildim. Öz növbəmdə belə bir kampaniya keçirdikləri, oxucuların kitablara daha da rahat çata bilməsini təmin etdikləri üçün mağaza rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Düşünürəm ki, bu cür kampaniyalardan tez-tez olsa, gənclər də öz istədikləri kitabları oxuya bilərlər”.
Qeyd edək ki, endirimli kitab kampaniyası iyulun 15-nə kimi davam edəcək.
[gallery columns="6" ids="6838,6839,6846,6845,6847,6840,6844,6843,6841,6836,6837"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür