senetaz

Həsən Əliyev 80 D

16 Avqust 2023 4617

6-cı “ANİMAFİLM” festivalı üçün bilet satışlarına başlanıldı

6-cı “ANİMAFİLM” festivalı üçün bilet satışlarına başlanıldı

Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FİLM” MMC-nin təşkilatçılığı ilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 6-cı “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı sentyabrın 6-10-da Nizami Kino Mərkəzində keçiriləcək.

Senet.az xəbər verir ki, festival geniş proqramını açıqlayaraq bilet satışlarına başlayıb.

Festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bilet satışlarından əldə olunacaq bütün gəlirin qadın rejissorlara dəstək məqsədilə ianə ediləcəyini bildirib.