Kitab qurdu Xan nesriyyati

Həsən Əliyev 80 D

29 İyun 2021 54733

9 il əvvəl oğurlanan rəsm əsərləri tapıldı

9 il əvvəl oğurlanan rəsm əsərləri tapıldı

hg

Yunanıstan polisi məşhur rəssamlar Pablo Pikasso və Piet Mondrianın müəllifləri olduğu oğurlanan rəsmləri tapıb.

Senet.az 525.az-a istinadən xəbər verir ki, Afina şəhərindəki Milli Qalereyada sərgilənən rəssamların rəsmləri 9 yanvar 2012-ci ildə oğurlanıb. Yunan polisi verdiyi açıqlamada Pikassonun “Bir Qadın Başı” və Mondrianın “Yel dəyirmanı” əsərlərinin 9 il sonra tapıldığını bildirib. Verilən məlumata görə, sözügedən əsərlərin polisin əlində olduğu bildirilsə də, hadisə ilə əlaqəli hər hansı bir şəxsin saxlanılması barədə ətraflı açıqlama verilməyib.

Hadisə ilə əlaqədar səlahiyyətlilərin mətbuat konfransı təşkil edəcəyi gözlənilir. Lakin yerli mediada yer alan xəbərlərdə oğurluqda şübhəli bilinən 49 yaşlı bir adamın tutulduğu və şübhəlinin əsərləri qara bazarda satmaq üçün xaricə aparmaq istəyi olduğu bildirilib. Xatırladaq ki, rəsmlər 9 Qalereyada əsaslı təmir işlərinə başlamazdan bir gün əvvəl çərçivələrindən oğurlanmışdır. Qeyd edək ki, son aylarda yunan mediasında yer alan xəbərlərdə oğurlanan əsərlərin hələ də Yunanıstanda ola biləcəyi və 20 milyon dollara qara bazarda satışa çıxarıldığı, ancaq alıcı tapa bilmədiyi iddia edilib.