
Dərbənd Azərbaycan Dövlət Dram Teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub. Bu barədə Senet.az-a açıqlamasında teatrın baş rejissoru Ərtoğrul Kamalov məlumat verib.
Keçmiş zamanla müasir dövrün oxşar və fərqli tərəflərini əks etdirən səhnə əsərində Dərbənd Azərbaycan Dövlət Dram Teatrının aktyor heyəti iştirak edir. Tamaşanın quruluşçu rejissoru Ərtoğrul Kamalov, quruluşçu rəssamı, teatrın baş rəssamı Naidə Alimətova, rejissor köməkçisi Mədinə Hacıağayeva, musiqi tərtibatçısı Dağıstanın Əməkdar artisti Sevda Bəybalayevadır.
Xatırladaq ki, Ərtoğrul Kamalov bir müddət “Yuğ” Dövlət Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib.
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 95 il ötür