senetaz

Həsən Əliyev 80 D

11 May 2017 244

Adamlar yorulanda - Şəhriyar del Gerani

Adamlar yorulanda - Şəhriyar del Gerani

c74b7da486dce55628c22b2fe38b1502 Senet.az oxucularına Şəhriyar del Geraninin şeirlərini təqdim edir. adamlar yorulanda, ağaclar quruyanda, bir də gördün payız gəlir çoxalırlar uzaqlar və hər dəfə belə olur aramız soyuyanda... quşlar uçmaqdan yorulur adamlar yaşamaqdan. sən də lap yorğun düşmüsən məni bağışlamaqdan. ümidlərlə başını qat bir az səadət uydur, dərmanını qucaqla yat aramız soyuyanda... boş qoyub getdiyin şəhər, baş götürüb getdiyin ev, beş-on ürkək xatirələr bir də səndən uzaq var. gətir silim göz yaşını, yenə havada yellənir yorğun düşüb əllərin məni bağışlamaqdan... adamlar yorulanda, ağaclar quruyanda bir də gördün payız gəlir çoxalırlar uzaqlar ...və hər dəfə belə olur aramız soyuyanda