Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Azərbaycan İncəsənət Məktəbinin “Aktyorluğu öyrən” layihəsi davam edir.
AZƏRTAC xəbər verir ki, təlimin ilk üç ayının nəticələrinə əsasən layihə çərçivəsində imtahanlar təşkil olunub.
Əməkdar artist Qurban Məsimovun rəhbərlik etdiyi TKA 05/24 (Teatr və kino aktyorluğu) kiçik yaş qrupunun səhnələşdirdiyi "Mama" musiqili imtahan tamaşası, eyni zamanda Əməkdar artist Qasım Nağının rəhbərlik etdiyi TKA 03/24 kiçik yaş qrupunun səhnələşdirdiyi "Gülməlinin Nağılı" imtahan tamaşası uğurla nümayiş olunub. Balaca istedadların unudulmaz performansı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Layihə çərçivəsində Azərbaycan İncəsənət Məktəbinin TKA 07/24 nömrəli böyük yaş qrupunun “Etüdlar” adlı imtahanı keçirilib. Kursun rəhbəri Xalq artisti Məmmədsəfa Qasımovdur.
Tamaşalar haqqında öz dəyərli fikirlərini bildirənlər arasında quruluş verilən nağılların müəllifi Gülzar İbrahimova, teatrşünas Dağlar Yusif, Əməkdar artist Elman Rəfiyev, Xalq artisti Cəfər Namiq Kamal və başqaları yer alıblar. Onlar layihənin əhəmiyyətini, uşaqların performansını yüksək qiymətləndiriblər və qısa müddət ərzində tədris proqramının tələbələr tərəfindən uğurla mənimsənildiyinə diqqət çəkiblər.
Qeyd edək ki, “Aktyorluğu öyrən” layihəsinin əsas məqsədi uşaq və yeniyetmələr arasında peşəkar teatrın təbliği, müstəqil sənət təhsili sektorunun peşəkarlaşdırılması, bu istiqamətdə yeni və konseptual innovasiyaların effektiv tətbiqidir.
Azərbaycanın ilk ali təhsilli rəssamı - Bəhruz Kəngərli
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq