Yazıçı Ülviyyə Tahirin “ALJİR” tarixi romanı Hədəf STEAM Liseyində müzakirə olunub. “Kitabsevərlər” qrupunun təşkilatçı olduğu tədbirin moderatorluğunu Hədəf Nəşrlərinin direktoru Səbuhi Şahmursoy edib. Müzakirədə oxucularla yanaşı, sözügedən romanın naşiri Nurman Tariq, yazıçı Zahid Sarıtorpaq, şair, jurnalist Ruzbeh Məmməd, yazıçı Seyran İsmayıl və başqaları iştirak edib. Əvvəlcə liseydə yerləşən İnteraktiv Elm Muzeyinə baş çəkib, elmi eksponatlarla tanış olan qonaqlar, sonra kitabın müzakirəsinə başlayıblar. Ümumilikdə uğurlu keçən tədbirdə “ALJİR” romanının həsr edildiyi tarixi dövr – 1937-38-ci illər repressiyası, onun səbəb olduğu faciələr, sonrakı fəsadları müzakirənin əsas xəttini təşkil edib. Sonda müəllif Ülviyyə Tahir oxucuların kitablarını imzalayıb. [gallery ids="31682,31683,31684,31685"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür