Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) dünya şöhrətli alman bəstəkarı Johannes Bramsın musiqi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Senet.az xəbər verir ki, konsert BMA-nın müəllim və tələbə heyətinin iştirakı ilə gerçəkləşib.
Belə ki, konsertdə BMA-nın rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli (piano), Əməkdar artistlər Fəridə Məmmədova (soprano) və Səbinə Əsədova (metso-soprano) tərəfindən bir sıra kompozisiya və duetlər səsləndirilib.
Həmçinin, gənc ifaçılar Ümida Abbasova (violin) və Lalə Hüseynzadə (piano) bəstəkarın “Skertsosu”nu ifa ediblər.
Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı konsert proqramı maraqla qarşılanıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür