
“Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyi (ANAİB) idarə heyətinin sədri Şəmil Sadiq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya üzv seçilib.
ANAİB-dən Senet.az-a verilən xəbərə görə, seçki vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə baş tutub. Səsvermə yekunlaşdıqdan sonra möhürlənmiş seçki qutusu açılıb və səslər Seçki Komissiyasının iştirakı ilə hesablanıb.
Namizədliyi qeydə alınmış 14 nəfər arasından ən çox səs toplayan 7 nəfər İctimai Şuraya üzv seçilib.
Yeni tərkib aşağıdakı kimidir:
Firuzə Rəsulova – “Əlilliyə erkən yardım Portec Şəbəkəsi” İctimai Birliyi
Qəmərxanım Cavadlı – Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini
Müslüm Məmmədov – “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi
Məryəm Məcidova – “Gender Hub” İctimai Birliyi
Şəmil Sadiq – “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi
Ülvi Əliyev – “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi
Venera Əsgərova – “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyi
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür