Hədəf Karyera Mərkəzi, BDU-nun “Jurnalistika Elmi-Tədqiqat Laboratoriyası”nın birgə təşkilatçılığı və Senet.az saytının informasiya dəstəyi ilə “Analitik jurnalistika: parametrləri və xüsusiyyətləri” mövzusunda növbəti növbəti seminar- treninq keçirilib. Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin Yeni media və kommunikasiya texnologiyaları kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Mübariz Əhmədov gənc jurnalistlərə müasir jurnalistikada istifadə edilən müxtəlif analitik janrlar haqqında məlumat verib. Analitik jurnalistikada əsas diqqət yetirilməli olan məqamlar, mövzunun aktuallığı və geniş aspektli olmasıdır. Ancaq hadisəni açmaq, əldə olan faktları ətraflı şəkildə önə çıxararaq vurğulamaq da analitikanın əsas şərtlərdən hesab olunur. Mübariz Əhmədov yazılan analitik yazılardan nümunələr gətirərək, mövzunu gənc jurnalistlərlə müzakirə edib, yaxşı analitik yazılar yazmaq üçün vacib olan şərtlər haqqında məlumat verib.
Qeyd edək ki, 3 ay davam etməsi planlaşdırılan seminar-treninqlərə may ayında yekun vurulacaq. Təlimlərdə fərqlənən jurnalistlərin isə xüsusi mükafatlandırılması nəzərdə tutulur.
[gallery ids="14954,14953,14952,14951"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür