Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Xalq Yazıçısı Anarın hekayələri polyak dilində nəşr edilib.
Səfirlikdən Senet.az-a bildirilib ki, kitabda yazıçının “Əlaqə”, “Mən, sən, o və telefon”, “Keçən ilin son gecəsi” və “Asılqanda işləyən qadının hekayəsi” əsərləri yer alıb.
Kitab Polşanın “Oficyna Olszynka” nəşriyyat evində çap edilib.
Məlumat üçün bildirək ki, bu hekayələr ötən əsrin 70-80-ci illərində polyak dilinə tərcümə olunaraq Polşada nəşr edilmişdir. Yazıçının əsərlərinə olan marağı nəzərə alaraq hekayələrin təkrar nəşri həyata keçirilib.
Qeyd edək ki, Anarın artıq bir neçə kitabı Polşada çap edilib. Ən son kitablarından biri isə 2015-ci ildə “ATUT” nəşriyyatında “Şərq modernizmi” seriyasında işıq üzü görmüş “Göz muncuğu” əsəridir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür