Aprel 29-da üçüncü dəfə keçiriləcək “Oxu Günü” Kitab Festivalında “Hədəf” Nəşrlərinin stendində saat 12:00-dan etibarən tanınmış yazarların imza saatları olacaq. Tədbirdə nəşriyyatın yazarları – Xanəmir Telmanoğlu, Müşfiq XAN, Azad Qaradərəli, Şəmil Sadiq, Sevinc Elsəvər, Cəlil Cavanşir, Kənan Hacı, İlqar Fəhmi, Zərəngiz Dəmirçi Qayalı, Varis və Pərvinin oxucularla görüşü baş tutacaq.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf” Nəşrlərinin təşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır.
Kitab Festivalının rəsmi açılışı saat 11:00-da olacaq və 18:00-dək davam edəcək. Tədbirdə digər nəşriyyatlar və yazarlar da iştirak edəcək.
Ünvan: Heydər Əliyev Mərkəzi – Mərkəzin Parkı
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür