Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tamaşa nümayiş olunub.
Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, yazıçı S.Elsəvərin “Arzu və Murad” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa Nəsimi rayon İcra Hakimiyyətinin təşəbbüskarlığı ilə baş tutub.
Əvvəlcə qonaqlar Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.
Daha sonra tamaşa təqdim olunub.
Səhnə əsəri Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş gənc qızın faciəvi taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumundan bəhs edir. Nəsimi rayon ictimaiyyətinin nümayəndələrinin, rayon ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivlərinin izlədiyi tamaşa maraqla qarşılanıb.
Qeyd edək ki, sözügedən tamaşa fevralın 24-də Pirallahı rayon ictimaiyyətinə, fevralın 26-da isə teatrın səhnəsində teatrsevərlərə təqdim ediləcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür