
Senet.az dərgisi tanınmış şair Ayaz Arabaçı ilə müsahibəni təqdim eir.
-Ayaz Arabaçı əsas ilhamını nədən, kimdən alır?
-Pafoslu çıxmasın içimdəki təlatümdən fırtınadan, bir də narahatçılıqdan.
-O narahatçılıqlar hansılardır?
-Əlimiz çatmayan uzaqlıqlardakı ocağı sönmüş yurdlar, yerində olmayan lüzumsuz təmtəraqlar, cəhalətin tüğyanı, bir də sirli və əsrarəngiz duyğular.
– Sizin şeirlərinizdə insanları o yurdalra qayıdışa səsləniş nə dərəcədə əks olunub. Örnək verə bilərsinizmi?
-Bir də alışacaq sönən ocaqlar,
Şuşaya ağ üzlə salam olacaq..
Zəfər bayrağını dalğalandıran,
Ya sənin,ya mənim balam olacaq.
-Şair, məhəbbət uğurlu olanda daha təsirli şeir alınır yoxsa uğursuz olanda?
-Təbii ki, uğursuz. Uğurlular başını salıb sakitcə ömr eləyir, uğursuzlardı dad çəkib aləmi göz yaşında boğanlar, xüsusilə şairin məhəbbəti uğursuz olubsa daha təsirli olur. Həsrətin içində günəş daha gözəl gülümsəyir.
-Deyirlər ki, ilk məhəbbətin oxu daşa dəyən də o çoxlu xırda kiçik sevdalara parçalanır. Şairin ilk məhəbbəti daşa dəyibmi?
-Məncə ilk məhəbbətin oxu həmişə daşa dəyir,istisnalar da ola bilir. Bəlkə də bu bizim sonralar daha mükəmməl ox ata bilməyimiz üçün zəmin hazırlayır.O ki, qaldı kiçik sevdalara parçalanmağına, o daş bütöv obraz kimi qaldı…
-Son sözünüzün, şeirinizin nə haqda olmağını istərdiz? Ayaz Arabaçı son gününü bilsəydi son misrası, şeiri nə olardı?
-Mən sonluq deyə bir şey düşünmürəm heç vaxt,bu ifadəni də qəbul etmirəm.Ən azı özümçün. Mənə qalsa ölüm ruhumuzun qaranlıqlardan sıyrılıb çıxmasının xilas yoludur. Sözsüz ki, hansısa kövrək məqamda kimlərisə – yaxınları, dostları ağlada biləcək zərif, dəbdəbəli, ağrılı nəsə yazmaq keçib könlümdən. Bilmirəm bu sualda bəlkə də səmimi ola bilmədim. Amma belə misralar yazmışam bir vaxt:
Baharda bənövşələr xəzanı heç düşünmür,
Ömrün qısa olmağı gəlmir ağıllarına.
-Üreyinize sagliq. Dəyərli vaxtınızı bizə ayırdıgınız ücün sizə senet.az dərgisi olaraq təşəkkürümüzü bildiririk. Var olun. Sənətle qalın!
-Siz də sağ olun, yeni yaranmış dərginizə uğur arzulayıram
Söhbətləşdi: Odər Sərdar
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür