Azərbaycan Yazıçılar Birliyi şair Salam Sarvanın birlikdən çıxması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Qurum mətbuat xidməti məsələ ilə bağlı bəyanat yayıb: “Azərbaycan Yazıçılar Birliyi 80 illik fəaliyyəti olan, çoxsaylı qələm sahiblərini özündə birləşdirən bir könüllü təşkilatdır. Birlik üzv olmaq üçün müraciət edən insanlara da və səbəbindən asılı olmayaraq üzvlükdən ayrılmaq istəyən insanlara da hörmətlə yanaşır.
Yayılımış xəbərlərdə qeyd olunub ki, Salam Sarvan AYB-dən ayrılmağının səbəbini açıqlayarkən heç kəsdən incimədiyini və kimlərəsə acıq etmədiyini bildirib. Bildiririk ki, Yazıçılar Birliyinin də şair Salam Sarvanla heç bir problemi yoxdur və ona gələcək həyatında uğurlar arzulayırıq”.
Qeyd edək ki, Salam Sarvan öz “facebook” səhifəsindən AYB-dən çıxdığını açıqlamışdı.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür