“Bu məsələ müzakirə olunmur. Çingiz Abdullayevi qurultay seçib və növbəti qurultaya qədər öz vəzifəsini icra etmək səlahiyyətindədir”. Bu sözləri Senet.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin katibi Xəyal Rza bildirib. O, Çingiz Abdullayevin yalnız öz istəyi olarsa gedə biləcəyini deyib: “Çingiz Abdullayevin Yazıçılar Birliyindəki vəzifəsindən getmək məsələsi bir halda müzakirə oluna bilər. O da, Çingiz müəllim AYB-dəki görəvindən öz istəyi ilə getmək istəmiş olsun. O isə bu barədə bir açıqlama verməyib”. Qeyd edək ki, bir neçə gün öncə Çingiz Abdullayev Neftçi” klubunun Müşahidə Şurasının sədri seçilib. O, mətbuata açıqlamasında AYB-dəki vəzifəsini icra edib-etməmək məsələsinin qurumda müzakirə olunacağını demişdi.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür