Noyabr ayının 15–i, saat 15:00-da yazıçı Aytən Cavanşirin “Pərdələri çəkin” kitabının imza günü keçiriləcək. Tədbir “Park Bulvar AVM”də baş tutacaq. “Pərdələri çəkin” onlarla kino və musiqi ulduzlarının yaradıcılıqları və şəxsi həyatlarının maraqlı məqamlarından bəhs edir. Retro kino vurğunu olan müəllifin dilindən Marçello Mastroyanni, Federiko Fellini, Domeniko Modunyo, Alen Delon Odri Hepbern, Sofi Loren, Anna Manyani, Anuk Eme, Adriano Çelentano, Frenk Sinatra, Ennio Morrikone, Nəsibə Zeynalova, Robert Hosseyn və digər onlarla dahi insanın həyatı nəql olunur. Müəllifin fikrincə, “Pərdələri çəkin” kitabı incəsənəti sevən hər kəsin kitab rəfində olmalıdır. Aytən Cavanşir “Vəkil” romanı və “Ayaqlarım üşüyürdü” kitablarının müəllifidir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür