Azadlıq
Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi:
Çəkil, çəkil ey qəsbkar:
Mən bu yurdun gur səsiyəm:
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm.
Azərbaycan
Gəzdim sənin çöllərini Oba- oba, oymaq- oymaq. Nə gözəlmiş qoynun sənin, Ana torpaq, ana torpaq!
Astarada, Lənkəranda Limonların rəngi sarı, Süfrələrin bəzəyidir Kürdəmirin qızıl narı.
Kür üstündə, göy Xəzərdə Vətəgələr nə gözəldir! Tora düşən balıqların Ağ pulları sanki zərdir.
Seyr edirəm Abşeronun Səhərini, axşamını. Çox sevirəm burda bitən Bal ənciri, ağ şanını.
Qızıl Quba, qızıl Qusar Xatırladır ilk baharı. Bağlarının şöhrətidir Gül yanaqlı almaları.
Zaqatala qoruğunda Cüyür- ceyran sürü- sürü. Baxdıqca bu gözəlliyə Uzanmazmı insan ömrü?
Mingəçevir dənizindən Neçə- neçə kanal gəlir. Bağ- bağatlı Şirvanla bir Ağ pambıqlı Muğan gülür.
Gör nə qədər filiz yatır Daşkəsənin dağlarında. Xan çinarlar göyə qalxır Qədim Gəncə bağlarında.
Çıxdım Şuşa yaylağına, Çeşmələrdə gözüm qaldı. Endim İsa bulağına, Cığırlarda izim qaldı.
Kəlbəcərin dağlarında Durub baxdım al səhərə, Yerdə əlvan çiçəklərə, Göydə qızıl şəfəqlərə.
Dərələrin gül beşiyi Təpələrin gül dağıdır. Səni belə gözəl edən Azərbaycan bayrağıdır!
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür