Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə aprelin 9-da animator, “Azanfilm” studiyasının direktoru Mansur Şəfiyevin “Azərbaycanda animasiya sahəsi” mövzusunda ustad dərsi təşkil olunacaq.
Dövlət Rəsm Qalereyasından Senet.az-a bildirilib ki, ustad dərsi Azərbaycanda animasiya sahəsindəki yeniliklər, tətbiq edilən metodlar, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə keçiriləcək.
Ustad dərsinin “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilməsi planlaşdırılır. Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.
Qeyd edək ki, Mansur Şəfiyev 1993-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirən M.Şəfiyev 2015-2016-cı illərdə Niderland Krallığı, Avans Universitetində animasiya sahəsi üzrə magistr dərəcəsində təhsil alıb. Mansur Şəfiyev 2019-cu ildə ''Azanfilm'' studiyasının direktoru vəzifəsinə təyin olunub. O, 2016-2019-cu illərdən müxtəlif layihələrdə çalışıb.
Mansur Şəfiyev "Cırtdan və sehrli xalat 2-ci hissə" (2018), "Mənim balaca Şahzadəm" (2019) seriallarının animatoru, "Tıq-tıq xanım və dostları möcüzələr axtarışında" (2020) serialının, “Qobustan" filminin, hazırda isə çəkilişi davam edən “Oğurlanmış Bahar” ekran əsərinin prodüseridir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür