“Azərbaycan dilinin orfoepiya normaları” təsdiq edilib. Senet.az-ın məlumatıma görə, bu barədə Nazirlər Kabineti müvafiq qərar verib. Azərbaycan dilinin orfoepiya normaları müasir Azərbaycan ədəbi dilində işlənən söz və şəkilçilərin, eləcə də ixtisarların düzgün tələffüzü qaydalarını müəyyən edir. Müasir Azərbaycan şifahi ədəbi dilində tələffüz qaydaları lüğəvi, qrammatik və qrafik şərait prinsiplərinə görə müəyyən edilir və fonetik prinsip əsas götürülür. Bu prinsiplərə uyğun olaraq, Azərbaycan mənşəli sözlərin böyük əksəriyyəti, eləcə də alınma sözlərin müəyyən hissəsi yazıldığı kimi tələffüz edilir: badam [badam], çəpər [çəpər], ev [ev], göyərçin [göyərçin], Qarabağ [Qarabağ], oğlan [oğlan], paylaşım [paylaşım], lisey [lisey], reqlament [reqlament], yaxşı [yaxşı] və s. Alınma sözlərin bir çoxunun tələffüzündə əsasən, tarixi-ənənəvi prinsipə üstünlük verilir. Bəzi alınma sözlər Azərbaycan ədəbi dilinin ahənginə, səciyyəvi fonotaktik və fonoloji xüsusiyyətlərinə uyğun şəkildə tələffüz edilir. Danışıqda ədəbi dil normaları sabitləşdikcə, tələffüzlə yazı qaydaları arasındakı fərq azalır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür