
Azərbaycan Dövlət Musiqili Teatrında yeni – 107-ci mövsümün ilk premyerası olacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Senet.az saytına bildirib ki, oktyabrın 1-i saat 12.00-da Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” musiqili nağıl tamaşası balaca tamaşaçılara təqdim olunacaq. Yeni səhnə əsərinin əsas məqsədlərindən biri də balacalara mübarizə əzminin, vətənpərvərlik hissinin aşılanmasıdır. Maraqlı, dinamik süjet xəttinə malik olan tamaşa əslində dolayısı ilə erməni xisləti haqqında uşaqlarımızı məlumatlandırmaq missiyası daşıyır. Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, rejissoru Elməddin Dadaşov, rejissor-assistenti Tamilla Aslanova, geyim üzrə rəssamı Yelena Almazovadır. Rolları gənc aktyorları Əmrah Dadaşov, Güldanə Əzimova, Eleanora Mehdiyeva, Ruslan Mürsəlov, Zinyət Qurbanova, Şaban Cəfərov, Fərid Rzayev və Cəlalə Novruzlu ifa edirlər.
[gallery columns="4" ids="17036,17037"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür