Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi 25-ci “Kinoşok” (Киношок) beynəlxalq film festivalının “KinoMalıŞok”(КиноМалыШок) müsabiqə proqramında yer alıb. Film festivalı Rusiyanın müxtəlif bölgələrində yayımlanacaqdır. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən senet.az saytına verilən məlumata əsasən MDB ölkələri, Latviya, Litva və Estoniyanın iştirak etdiyi festival 3-10 sentyabr tarixlərində Rusiyada keçiriləcək. Festival çərçivəsində filmimiz Anapa, Krımsk, Novorossiysk və Temryuk şəhərlərinin kinoteatrlarında nümayiş etdiriləcək. 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Dərs” tammetrajlı bədii filmi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış, Ekran əsərində məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından və bu baxışların formalaşmasından bəhs edilir. Filmin ssenari müəllifləri: Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları: Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırırlar. 
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür