Asif Rüstəmovun “Axınla aşağı” bədii filmi noyabrın 20-dən 28-dək Romada keçiriləcək 16-cı “Asiatica, Encounters with Asian Cinema” beynəlxalq film festivalına dəvət alıb. Film festivalın bədii filmlər üzrə müsabiqə proqramında nümayiş olunacaq. Qeyd edək ki, “Axınla aşağı” filmi 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilib. Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırıblar. Xatırladaq ki, bu yaxınlarda “Axınla aşağı” Avstriyada keçirilən “LET’S CEE” beynəlxalq film festivalının “İddialı debüt” müsabiqə proqramında mükafata layiq görülüb, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür